MEDİA

XƏBƏRLƏR

30 noyabr 2021-ci il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda şəhid Milli Qəhrəman Samir Xasıyevin xatirəsinə həsr olunmuş “Azadlığın cənnət yolçusu“ kitabının təqdimat mərasimi keçirilmişdir.

30 noyabr 2021-ci il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda şəhid Milli Qəhrəman Samir Xasıyevin xatirəsinə həsr olunmuş “Azadlığın cənnət yolçusu“ kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə kitabı redaktə edən institutun əməkdaşı Maya Almuradova şəhid haqqında geniş məlumat vermişdir. Tədbirdə şəhid Samir Xasıyevin anası Gözəl Xasıyeva, qardaşı polis mayoru Ramin Xasıyev, Müasir Azərbaycan Həqiqətləri qəzetinin baş redaktoru Ramiz Hümmətov, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar Birliyinin sədri Fuad Məmmədov, müavin Anar Tağıyev və institutun əməkdaşları iştirak etmişlər. Tədbiri institutun direktoru Sialə Rüstəmova açıq elan etmiş, qonaqları salamlamış və 1 dəqiqəlik sükutla şəhidlərimiz yad edilmişdir. Şəhid Samir Xasıyev haqqında hazırlanmış film nümayiş etdirilmiş, tədbirdə iştirak edən qonaqların və institut əməkdaşlarının çıxışları rəğbətlə qarşılanmışdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: