BAYTARLIQ KLİNİKASI
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən bu tibbi müəssisə Bakı şəhərinin və eləcə də Cənubi Qafqazın ilk böyük və müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasıdır. Klinikanın qapısından içəri daxil olduğumuz andan etibarən sadiq dostlarımızın əmin əllərdə olacağı qənaətinə gəlirik
Baytarlıq Klinikası 28 dekabr 2021-ci ildə rəsmi olaraq fəaliyyətə başlayıb. Sahəsi 1000 kvadratmetri əhatə edən klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş xidmət göstərir. Klinikaya təsərrüfatlardan da iri və xırda buynuzlu heyvanlarla bağlı müraciətlər olunur. Bu zaman mütəxxəsislər çağırış üzrə heyvana baxış keçirərək, müainə üçün nümunələr götürülür və yerində müalicə edilir.
Klinikada aşağıdakı xidmətlər göstərilir:
Ümumi baxış, peyvəndlənmə, rentgen, USM, Qastroendoskopiya, EXQ, Cərrahi xidmətlər, stasionar,reanimasiya, laborator xidmətlər; bakterioloji, seroloji, virusoloji, parazitoloji müainələr, qanın biokimyəvi və ümumi analizi, sidik analizi, Qrooming xidməti, heyvanların dişlərinin təmizlənməsi.
Heyvanların müayinəsi girişdə xüsusi ayrılmış otaqda aparılır. Onların ağırlıq dərəcəsinə görə şöbələrə bölünür.
Cərrahiyyə:Klinikanın əməliyyat otağı müasir avadanlıqlarla təchiz olunub. Heyvanın əməliyyata hazırlanması, narkoz verilməsi, avadanlıqların sterilizasiyası və digər prosedurlar üçün hər cür şərait mövcuddur.
Rentgen otağı:ev heyvanlarını rentgen müainəsindən keçirdikdən sonra lazımi tədbirlər görülür.
Balaca dostlarımıza xüsusi ayrılmış otaqda oftalmoloji və dermotoloji müayinələr aparılır, profilaktik və müalicə tədbirləri icra olunur
Diaqnostika müayinələri - USM-si Qastroendoskopiya və EXQ icra olunur
Klinikamıza balaca dostlarımıza əməliyyat öncəsi, diaqnozun qoyulması üçün laborator xidmətlər göstərilir - qanın ümumi, biokimyəvi analizi, sidik və kal analizi, bakterioloji, virusoloji müayinələr aparılır. Eyni zamanda qan prazitar və xəstəlikləri aşkarlamaq üçün ekspress testlər mövcuddur.
Grooming xidməti:Burada sadiq dostlarımızın gözəlliyinin qeydinə qalınması, onların çimizdirilib qurulanması, tüklərininin daranması, qırxılması və forma verilməsi, diş daşlarının təmizlənməsi.
Klinikada ev və sahibsiz heyvanların peyvəndlənməsi, qısırılaşdırılması və axtalanması kimi xidmətlər də göstərilir.
Klinikamızda eyni zamanda peşə artırma kursları da fəaliyyət göstərir. Onu da qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universitet və Xəzər Universitetləri ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Həmçinin Beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya, İspaniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və Rusiya kimi ölkələrdən Baytarlıq Təbabətinin müxtəlif sahələri üzrə təcrübəli ekspertlər dəvət olunaraq Klinikamızın əməkdaşları ilə birlikdə Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, axtalanması, quduzluq peyvəndlərinin və qulaq birkalarının vurulması aksiyaları keçirilir. Bu xeyriyyə aksiyalarında Klinikamızda fəaliyyət göstərən gənc baytar həkimlər və Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində təhsil alan tələbələr əyani praktiki təlimlərdə iştirak edirlər.