STRUKTUR

Balıq və arı xəstəlikləri şöbəsi

Balıq və arı xəstəlikləri

Balıq və arıların bakteriya, virus və göbələklər  tərəfindən törədilən  xəstəliklərinin öyrənilməsi. Təbii (çaylar və göllər) və süni su hövzələrində  su heyvanlarının (balıq, xərçəngkimilər və s.)  xəstəliklərinin, ərzaq keyfiyyəti tələblərinin və ekoloji sistemlərin  elmi-praktik tədqiqatı və praktik tədbirlərin işlənib hazırlanması, su heyvanlarının saxlanılmasında istifadə edilən dərman, yem və yem əlavələrinin sınağı, ekspertizası və aprobasiyası.

Balıq və arı xəstəlikləri şöbəsinin 

ƏSASNAMƏSİ

    1.Ümumi müddəalar

1.1. Balıq və arı xəstəlikləri şöbəsi (bundan sonra- şöbə) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra- Nazirlik) Baytarlıq Elmi Tədqiqat İnstitutunun (bundan sonra -İnstitut) struktur bölməsi olmaqla Nazirliyin 04 sentyabr 2015-ci il tarixli 87 saylı əmri ilə yaradılmışdır.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin(bundan sonra-nazir) əmrlərini, sərəncamlarını, qərarlarını(bundan sonra-təşkilati-sərəncamverici sənədlər), Nazirliyin  kollegiya qərarlarını, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin(bundan sonra-mərkəz) əmrlərini, sərəncamlarını, İnstitutun Nizamnaməsini və digər normativ hüquqi aktları, İnstitutun Elmi Şurasının qərarlarını, İnstitutun direktorunun(bundan sonra-direktor) əmrlərini və bu Əsasnaməni rəhbər tutur.                                  

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüqularını həyata keçirərkən Nazirliyin, Mərkəzin və İnstitutun struktur bölmələri və İnstitutun strukturuna daxil olan qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

       2. Şöbənin vəzifələr

  2.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 2.1.1. Şöbə öz fəaliyyətini İnstitutun stukturuna daxil olan bütün bölmələri, Mərkəzin digər elmi tədqiqat müəssisələri və AMEA-nın uyğun elmi-tədqiqat müəssisələri ilə tədqiqat istiqamətli əlaqə qurur;

 2.1.2. Şöbədə elmi-tədqiqat işlərinin mövzu planlarını, iş məramnamələrini, təqvim planlarını İnstitutun elmi işlər üzrə direktor müavini, elmi katiblə birlikdə təhlil edir və təsdiq üçün hazırlayır;  

 2.1.3. Şöbə elmi fəaliyyəti ilə bağlı yarımillik, illik və başa çatmış elmi-tədqiqat işlərinə dair hesabatlarının tərtibatı və təhlilini həyata keçirmək, müzakirə üçün rəhbərliyə təqdim etmək;        

 2.1.4. İnstitutun elmi sahəsində elmi fəaliyyətinin aktual məsələləri və onun təkmilləşdirilməsi istiqaməti barədə təkliflər vermək;

 2.1.5. Balıqçılıq və arçılıq elm sahəsində mütəmadi olaraq elmi yeniliklərin mənimsəməsinə  nail olmaq;

 2.1.6. Baytarlıq elmin problemlərinə dair təşkil edilmiş elmi konfransların, treninglərin, seminarların, sərgilərin işində iştirak etmək;

 2.1.7. Şöbəyə daxil olmuş elmi məqalələrə, tövsiyələrə, iş məramnamələrinə, dissertasiyanin avtoreferatlarına, dissertasiya işlərinə rəy hazirlamaq;

2.1.8. Şöbənin mövzu planına uyğun olaraq elmi-tədqiqat işlərini, eləcədə patoloji materiallarla davranışı biomühafizə və biotəhlükəsizlik qaydalarına uyğun icra etmək;                            

 2.1.9. Şöbədə fiziki-kimyəvi, bakterioloji, antihelmint preparatların və bir sıra müayinələrin aparılması üçün reaktiv və dərmanların alınmasını təmin etmək;

 2.1.10. Dövlət Baytarlıq Nəzarəti Xidmətini narahat edən xəstəliklərlə əlaqədar olaraq təsərrüfatlarda heyvanlar arasında baş vermiş hadisələrin səbəblərini müəyyən edib tədbirlər görülməsi üçün əməli köməklik göstərmək;

 2.1.11. Şöbədə mövzu planına uyğun olaraq epizootoloji və epidemioloji durumu müəyyənləşdirmək və zoonoz xəstəliklərini araşdırmaq məqsədilə il boyu respublikanın müxtəlif ekoloji-coğrafi iqlim zonalarında təsərrüfatlara ezamiyyə olunmaq.

      3. Şöbənin  funksiyaları

3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

3.1.1. Balıqçılıq və arıçılıq sahəsində aktual məsələlərinə dair elmi yeniliklər işləmək və inkişaf etdirmək;

3.1.2. Balıq və arı xəstəliklərinə qarşı  yeni vasitələr tətbiq etmək üçün elmi axtarışlar aparmaq, elmin nailiyyətlərini və qabaqcıl təcrübəni istehsalata tətbiq etmək;

3.1.3. Balıqçılıq və arıçılıqda baytar mütəxəssislərinə elmi-metodik köməklik  göstərmək;

3.1.4. Mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda  profilaktiki sağlamlaşdırma, baytar-sanitar və digər tədbirlərin səmərəli həyata keçirilməsi üçün tövsiyə və təkliflər vermək;

3.1.5. Vaxtaşırı respublikanın balıqçılıq və arıçılıq təsərrüfatlarında olub, müalicə və profilaktika mübarizə tədbirlərinin təşkilində və tətbiqində iştirak etmək;

3.1.6. Baytarlığa dair aparıcı istiqamətlərdə tədqiqatlar aparmaq, elmi-tədqiqatların üsullarını işləyib hazırlamaq, metodik göstərişlər nəşr  etdirmək;

3.1.7. Balıqçılıq və arıçılığı  çox narahat edən xəstəliklərə qarşı elmi əsaslara söykənən mübarizə tədbirlərinin mövzu planına daxil etməyi təyin etmək;

3.1.8. Balıqçılıq və arıçılıqda baş verən xəstəliklərinə qarşı işlədilən mövcud dərman preparatlarının tətbiqinin təkmilləşdirilməsi, xəstəliklərin ləğv olunmasında tətbiqinin vacibliyini nəzərə alaraq dərmanların dozalarının artırılması və lazım gələrsə azaldılması yolunda konkret müddəalar təklif etmək;

3.1.9. Respublikada  balıqçılıq və arıçılıq fermer təsərrüfatlarının epizootik durumu haqqında “Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi”  yolu ilə Dövlət Baytarlıq Xidmətinə məlumat vermək;

3.1.10. İnsanlar üçün təhlükəli xəstəliklərdən (opistorxoz, klonorxoz, difilobotrioz, metaqonimoz və s.) aşkar olunarsa bu haqda dərhal Dövlət Baytarlıq Xidmətinə məlumat vermək;

3.1.11. Direktorla bağlanmış müqavilələrdən əmələ gələn öhdəlikləri, elmi işləri vaxtında və yüksək keyfiyyətdə yerinə yetirmək.

    4. Şöbənin hüquqları

4.1. Şöbə vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Şöbə icra etdiyi mövzularla əlaqədar olan elmi-tədqiqat işlərini, qoyulan təcrübələrin nəticələrini, hesabatlarını vaxtında rəhbərliyə təqdim etmək.

4.1.2. Şöbənin fəaliyyəti istiqamətində uyğun olaraq müvafiq rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, müzakirə olunan məsələlərə dair təkliflər vermək. 

4.1.3. Nazirlik, İnstitut  tərəfindən yaradılmış komissiyalarda, işçi qruplarında fəaliyyət istiqamətində aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə institutu təmsil etmək, onların işində iştirak etmək.

4.1.4. İnstitututun fəaliyyət istiqamətində uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək

    5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən təsdiq edilir.

5.2. Şöbəyə direktor tərəfindən təyin və azad edilən şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. Şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

5.3.2. Şöbənin əməkdaşlarının xidməti fəaliyyəti haqqında məlumatlar hazırlayır və direktora təqdim edir;

5.3.3. Şöbənin funksiyalarına aid məsələlərin həllini təmin edir, şöbədə çalışan işçilər arasında vəzifə bölgüsünü aparır və onların fəaliyyətini əlaqələndirir;

5.3.4. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə, yarımillik və illik hesabatların hazırlanmasını təmin edir;                                                      

5.3.6. Şöbədə çalışan işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;

5.3.7. Şöbədə çalışan işçilərin mükafatlandırılması və ya barələrində intizam tənbehi tədbirləri görülməsi üçün direktora təkliflər verir;

5.3.8. Qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir;

5.4. Şöbənin digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.5. Şöbə öz işini İnstitutun digər şöbələri ilə əlaqəli şəkildə həyata keçirir;

5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan dövlət sirri yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətinə uyğun məsuliyyət daşıyır. 

 

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: