XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Əbulfəz Şahmarovun 70 illik yubiley tədbiri keçirilib

25 iyul 2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Masaallı Elmi Ekspermental Bazanının müdiri Əbülfəz Şahmarovun 70 illik yubileyi qeyd olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi ASİHİB Təşkilat şöbəsinin müdiri Anar Tağıyev iştirak etdi.

Tədbiri institutun direktoru Sialə xanım Rüstəmova öz təbrik nitqi ilə açıb və yubilyarı fəxri fərmanla təltif edib. Əbülfəz Şahmarovun elmi fəaliyyəti barədə Arı-balıq xəstəlikləri şöbəsinin müdiri Afət Süleymanova ətraflı məlumat verərək onu ürəkdən təbrik edib. Kənd Təsərrüfatı Nazirliyi ASİHİB Təşkilat şöbəsinin müdiri Anar Tağıyev yubliyarı təbrik edərək ona xoş arzularını bildirib. Həmçinin institutun elmi işlər üzrə direktor müavini Səhman Bayramov da yubiley münasibətilə yubliyarı ürəkdən təbrik edərək, möhkəm can sağlığı və respublikamızda aqrar sahənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.  Eyni zamanda institutumuzun digər əməkdaşları da çıxış edərək Əbülfəz müəllimi təbrik edib, ona ən xoş arzularını çatdırıblar.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: