XƏBƏRLƏR

Qarabağ bölgəsində arıçılıq təsərrüfatlarında yaz mövsümünə hazırlıq məqsədilə maarifləndirici seminar keçirilib

20 aprel 2026-cı il tarixində Qarabağ bölgəsində arıçılıq təsərrüfatlarında yaz mövsümünə hazırlıq məqsədilə maarifləndirici seminar keçirilib. Tədbirdə Xankəndi və Şuşa şəhərlərində fəaliyyət göstərən arıçılar iştirak edib, epizootik vəziyyətin qiymətləndirilməsi, arı xəstəliklərinin erkən diaqnostikası və profilaktik tədbirlərin təşkili istiqamətində müzakirələr aparılıb.

Seminarda KTN Baytarlıq Elmi Tədqiqat İnstitutunun baytar həkim-parazitoloqları – biologiya üzrə fəlsəfə doktoru, dosent Turan Elmlər Akademiyasının “Fəxri professoru,” Akademik Afət Süleymanova, biologiya üzrə fəlsəfə doktoru, dosent Niyazi Nəcəfov və biologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Cəfərov, Şuşa Dövlət Aqrar İnkişafının direktoru Emin Bağırovun iştirakı ilə 21 aprel 2026-cı il tarixində  Şuşa şəhəri Dövlət Qoruq İdarəsi  Mənzil Komunal və təmir xidmətlərinin inzibati binasında “Qarabagda yerləşən  arıçılıq təsərrüfatlarında yaz vaxtı monitoringlərin keçirilməsi, epizootik durumun müəyyənləşdirilməsi və mövcud xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması” mövzusu üzrə çıxışlar edərək arı ailələrinin sağlamlığının qorunması, mövsümi risklər və müasir mübarizə üsulları barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirin sonunda arıçıları maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr təqdim olunub və yaz mövsümündə təsərrüfatların səmərəli idarə olunmasının əhəmiyyəti vurğulanıb. Xankəndi və Şuşa şəhəri arıçılıq təsərrüfatlarına baxış keçirilib və kliniki arıxana müayinələri aparılıb.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: