XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda görkəmli alim İltifat Hacıyevın anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib

23 yanvar 2026-cı il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Hacıyev İltifat Müzəffər oğlunun anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru Sialə Rüstəmova açaraq yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.

Daha sonra İnformasiya Təminatı və Baynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Nahidə Rzayeva çıxış edərək İltifat Hacıyevin elmi fəaliyyəti, baytarlıq elminin inkişafına verdiyi töhfələr, kadr hazırlığı sahəsindəki xidmətləri və uzun illər ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Tədbirin davamında İnstitutun əməkdaşları çıxış edərək yubilyarı səmimi təbrik edib, onun peşəkarlığını, yüksək insani keyfiyyətlərini və kollektivdə qazandığı hörməti xüsusi vurğulayıblar.

Sonda İltifat Hacıyev göstərilən diqqət və qayğıya görə rəhbərliyə və kollektivə minnətdarlığını bildirib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: