ƏMƏKDAŞLIQ

Konfrans və simpoziumlar

Epizootik Rifahın Təmin Edilməsinə dair Dövlətlərarası Elmi-Praktik Konfrans

26–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları - Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova və  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov  “Epizootik Rifahın Təmin Edilməsinə dair Dövlətlərarası Elmi-Praktik Konfrans”da iştirak etmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə ezam olunmuşdular.

Üç gün davam edən tədbir epizootik rifahın təmin edilməsi, heyvan sağlamlığının qorunması, zoonoz xəstəliklərin qarşısının alınması, antibiotik rezistendliyinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və baytarlıq xidmətlərinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi kimi aktual mövzuları əhatə etmişdir.

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: