Tərcümeyi-hal
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent
Bayramov Səhman Yusif oğlu
3 noyabr 1967-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Əzizli kəndində fəhlə ailəsində anadan olub.
O, 1984-cü ildə orta məktəbi bitirərək, həmin ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin ) baytarlıq fakultəsinə daxil olub.
1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra təhsilini davam etdirərək, 1991-ci ildə İnstitutu bitirib və Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Xocalı rayonunda Kənd Təsərrüfatı və Ərzaq İdarəsində baytar həkimi vəzifəsinə təyin olunmuşdur.
Məlun Xocalı faciəsindən sonra 1992-ci ildə Azərbaycan Elmi-Tədqiqat baytarlıq İnstitutunda əmək fəaliyyətinə başlamış və hal-hazırkı vaxta qədər davam etdirir.
1999-cu ildə “Quşların askaridiozuna qarşı dərman bitkilərinin və antihelmint preparatlar qarışığının tətbiqi” adlı namizədlik dissertasiyasını müdafiə edərək “baytarlıq elmləri namizədi” alimlik dərəcəsini almışdır.
1992-1995-ci illərdə kiçik elmi işçi, 1995-1999 –cu illərdə elmi işçi, 1999-2007-ci illərdə aparıcı elmi işçi, 2007-2015-ci illərdə AzETBİ-nin direktoru vəzifəsində işləmişdir. İki İnstitutun birləşməsi ilə əlaqədar olaraq 15 dekabr 2015-ci ildən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.
2018-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdir.
2007-ci ildən İnstitutda yaradılmış Yeni Azərbaycan Partiyasının sədridir.
S.Bayramov 3 kitabın, 2 atlasın, 2 metodiki vəsaitin, 7 tövsiyənin, 1 patentin, Respublika və xaricdə nəşr olunmuş 130 elmi məqalənin müəllifidir.
S.Y. Bayramov əmək fəaliyyəti ilə bərabər aspirantlara elmi rəhbərlik edir və hal-hazırda “Azərbaycanda ev toyuqlarının başlıca helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri” adlı doktorluq dissertasiyasını yekunlaşdırıb müdafiə edərək biologiya elmləri doktoru adı almışdır.
S.Y.Bayramovun 1 dissertantı dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış və hal hazırda 2 dissertanta elmi rəhbərlik edir.
2005-ci ildən YAP-ın üzvü, 2008-ci ildən BETİ-nin “Baytarlıq Təbabəti” ərazi təşkilatının sədridir.
Ailəlidir, 2 övladı var.