XƏBƏRLƏR

AMEA-da Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə hesabat iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə illik hesabatlarına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, həmçinin Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, digər dövlət qurumlarının tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

İclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, eləcə də kənd təsərrüfatı və tibb sahəsində fəaliyyət göstərən müəssisələrdə 2025-ci ildə əldə edilmiş mühüm elmi nailiyyətləri əks etdirən sərgiyə baxış keçirilib.

Hesabat iclasında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, institutun elmi işlər üzrə direktor müavini Səhman Bayramov, elmi katib Sevinc Məmmədova və İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları da iştirak ediblər.

Sərgi çərçivəsində İnstitutun stendində müxtəlif elmi nəşrlər — kitablar, monoqrafiyalar, məlumat kitabçaları, metodik tövsiyələr və bukletlər nümayiş etdirilib. Bununla yanaşı, İnstitutun laboratoriyalarında hazırlanmış və istehsal edilmişYeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: