XƏBƏRLƏR

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” Festivalı keçirilib.

Kənd təsərrüfatı məhsulları festivalının əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festivalda rayonda fəaliyyət göstərən fermerlər və istehsalçılar tərəfindən təqdim edilən müxtəlif kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.

Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər. Belə ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları elmi nailiyyətlərini, yeni texnologiya və tədqiqat nəticələrini əks etdirən stendlə təmsil olunublar.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: