MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 11 may 2022-ci il tarixində ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüş keçirilib

         Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 11 may 2022-ci il tarixində ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüş keçirilib.

          Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Avropa ofisinin rəhbəri Budimir Plavşıç, qiymətləndirmə heyyətinin rəhbəri Sabine Hutter,  texniki ekspertlər Mixeil Sokhadze və Ago Paertelin iştirak etdiyi görüşdə BETİ-nin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, institutun fəaliyyəti əsasən kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə dair araşdırmalar və tədqiqatların aparılması, xəstəliklərin yayılma risklərinin müəyyənləşdirilməsi, bakteroloji, virusoloji və seroloji müayinələrin aparılması, arı, quş, balıq xəstəliklərinin öyrənilməsi və tədbirlər planlarının hazırlanmasından ibarətdir.

          Ekspert Qrupunun əməkdaşları iş pirinsipini öyrənmək məqsədilə BETİ-nin laboratoriyalarına baxış keçiriblər, cihaz və avadanlıqlarla əyani tanış olublar.

        OİE-nin Ekspert Qrupunun üzvləri BETİ-nin nəzdində olan Baytarlıq Klinikasi ilə də tanış olublar. Onlara klinikada olan ən müasir cihaz və avadanlıqlar, sahibli və sahibsiz heyvanlara göstərilən xidmətlər barədə geniş məlumat verilib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: