MEDİA

XƏBƏRLƏR

Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirildi.

Özəl fermer təsərrüfatlarının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini fermerlərə nümayiş etdirdilər.

Zaqatalada keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutununda çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə bukletlər, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”,  “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri” adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlar nümayiş etdirildi.

Bundan başqa Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-tenalogiyasına əsaslanaraq yem əlavələri nümayiş edildi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: