MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun molekulyar-bioloji laboratoriyasında molekulyar analizlər icra edilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq” fakultəsinin doktorantı  Cəfərli Bursa, “Azərbaycanda xırdabuynuzlu heyvanların ətinin ekspertizası və identifikasiyasının təkmilləşdirilməsi” aqrar elmləri üzrə fəlsəfə doktorluğu işinin molekulyar analizlər hissəsini Baytarlıq Elmi-Tədqiqat İnstitutunun molekulyar-bioloji laboratoriyasında aqrar e.ü.f.d., dosent Şəlalə Zeynalovanın rəhbərliyi ilə icra etmişdir. Polimerza Zəncirvari Reaksiya (PZR) metodundan istifadə edərək, 6 nümunədə ətin mənşəyini identifikasiya etmişdir. “Bovine, sheep and goat” Biotech və “Qiagen extraction mini kit” reagentlərindən istifadə edərək testlər aparılmışdır. Nümunə kimi mal, qoyun və keçi ətləri, bundan başqa “Halal Nemət” “Best Beef” və “Ovçular” şirkətinə məxsus servelat kolbasalar yoxlanılmışdır. Nəticələr həqiqətən kolbasa istehsalçılarının məhsulun üzərində yazdıqları mal və qoyun ətlərinin olmasını təsdiqləmişdir.

Testlərin aparılmasında “Biorad” CFX96 markalı PZR cihazından istifadə edilmişdir...

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: