MEDİA

XƏBƏRLƏR

27 yanvar 2023-cü il tarixində Ağdaş rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 27 yanvar 2023-cü il tarixində Ağdaş rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi.

 Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları,  ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini fermerlərə nümayiş etdirdilər.

Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.

Ağdaşda keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutununda çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə bukletlər, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”,  “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, Kənd təsərrüfatı heyvanlarında Paramfistomatoz və İnnovativ müalicə, xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri, hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri, xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə, Respublikanın mərkəzi aran iqtisadi rayonunda iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinə qarşı aparılan mübarizə tədbirləri, adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlar nümayiş etdirildi.

2018-ci ildən İnstitutumuzun maddi texniki bazası gücləndirilərək, onun əsasında 2-ci səviyyəli Biotəhlükəsizlik Laboratoriyası yaradılmışdır.

İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti nümayiş etdirildi.

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: