MEDİA

XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır!

          2023-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə “Heydər Əliyev” ili elan olundu. Gündən-günə inkişafda olan Yeni Azərbaycan Respublikasında uğur, qalibiyyət və zəfər İlham Heydər oğlu Əliyevin Azərbaycan xalqına qayğısı ilə bərabər, həm də çəkdiyi böyük zəhmətin göstəricisidir.

             Azərbaycan Respublikası Kənd Təsərrüfatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır!

         Müstəqil Azərbaycan respublikasının gündən-günə inkişafı və aparılan islahatlar bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də xüsusilə canlanmaqdadır. Bu canlanmanı Baytarlıq Elmi-Tədqiqat İnstitutunda və institutun nəzdində yaradılmış nəinki Bakının, eləcə də  Cənubi Qafqazın ilk böyük və müasir Baytarlıq Klinikasının fəaliyyətini  də xüsusi qeyd etmək lazımdır. Belə ki, son beş ildə institutumuz bir çox nailiyyətlər əldə etmişdir.  

       Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi şöbəsi  Neft Kimya Prosesləri İnstitutu ilə birgə aparılmış tədqiqatların nəticələrindən “4-izopropilaminometilfenol bağırsaq çöplərinə dezinfeksiyaedici vasitə-bakterisid kimi”  adlı ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Patent almışdır (№2020 0084, 06.11. 2020-ci il) və davamı olaraq həmin preparata elmdə bir yenilik olaraq Avrasiya patenti verilmişdir. (№038625,24.09.2021-ci il) 

          Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun   laboratoriyasında baytarlıq preparatlarının və diaqnostik  testlərindən: - Brusellyozun diaqnostikası üçün RB testi, Antigen testi, BETİGen markalı Quşların Newcastle Real Time PCR delection kit diaqnostik dəsti, Melanj IgY – yeni doğulmuş buzovlar və quzular üçün rotovirus, koronovirus infeksiyaları, eşerixoz və klostridioza qarşı bioloji  yem əlavəsi, Qara yara prisipitə edici serumu istehsal olunmuşdur.

             İnstitutumuzun son beş ildə əldə etdiyi nəaliyyətlərin davamı olaraq dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi şərəfinə alimlərimiz yeni-yeni uğurlara imza atacaq.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: