MEDİA

XƏBƏRLƏR

Qazaxıstanın Almata şəhərində “Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Baytarlıq İşçi Qüvvəsinin inkişafı üzrə Regional Maarifləndirmə Seminarı” keçirilib

2023-cü il 28-30 mart  tarixlərində Azərbaycan Respublikası Baytarlıq Elmi-Tədqiqat İnstitutunun (AQTİ) Abşeron Eksperimental Dayaq Məntəqəsinin müdiri Məmmədov Ramin   Qazaxıstan Respublikasında səfərdə olub.

Nümayəndəmiz Qazaxıstanın Almata şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) keçirdiyi “Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Baytarlıq İşçi Qüvvəsinin inkişafı üzrə Regional Maarifləndirmə Seminarı”nda iştirak edib.

Seminar ÜHST-yə üzv ölkələrdə işçi qüvvəsinə olan ehtiyacları nəzərdən keçirmək, adekvat və müvafiq işçi heyətin yaradılmasının vacibliyi barədə məlumatlılığı artırmaq, həmçinin baytar mütəxəssislərə töhfə verən amillər haqqında bilik və anlayışlar formalaşdırmaq məqsədilə təşkil edilib.

Seminarda Azərbaycanda baytar mütəxəssislərin yetişdirilməsi və işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin heyvan sağlamlığı sahəsində görülən işlər haqqında məlumatlar verilib.

Səfər zamanı Ramin Məmmədov tədbirdə iştirak edən digər ölkələrin təmsilçiləri ilə görüşüb və görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: