MEDİA

XƏBƏRLƏR

Zaqatala rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi

 Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 28 aprel 2023-cü il tarixində Zaqatala rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi. “Agrarco Fındıq Emalı zavodu” nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirak etdilər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev və Zaqatala rayon İcra  Hakimiyyətinin başçısının müavini İlıkin Şərifzadə regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışdılar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Aqroinnofest” layihəsinin yəqdimatı ilə çıxış etdi və festival barədə ətraflı məlumat verdi.

Festivalda Kənd Təsərrüfatı nazirliyinin Elmi-Tədqiqat İnstitutları və digər tabeli qurumları, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış 70-dən artıq yerli və xarici şirkət, eyni zamanda digər qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq stendlərlə təmsil olunmuşdurlar.

Zaqatalada keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutununda çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə kitablar, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”,  “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, Kənd təsərrüfatı heyvanlarında Paramfistomatoz və İnnovativ müalicə, xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri, hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri, xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə, Respublikanın mərkəzi aran iqtisadi rayonunda iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinə qarşı aparılan mübarizə tədbirləri, adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlar nümayiş etdirildi.

2018-ci ildən İnstitutumuzun maddi texniki bazası gücləndirilərək, onun əsasında 2-ci səviyyəli Biotəhlükəsizlik Laboratoriyası yaradılmışdır.

İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti nümayiş etdirildi

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: