MEDİA

XƏBƏRLƏR

Şəki, Qəbələ, İsmayıllı rayonları üzrə DAİM-də “Arıçılığın müasir inkişafı istiqamətində yeni innovasiyaların tədbiqi” mövzusunda elmi-praktiki təlimlər keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Balıq və arı xəstəlikləri şöbəsinin əməkdaşları tərəfindən  01.05 – 04.05.2023- cü il tarixlərində  Şəki, Qəbələ, İsmayıllı rayonları üzrə DAİM-də “Arıçılığın müasir inkişafı istiqamətində yeni innovasiyaların tədbiqi” mövzusunda elmi-praktiki təlimlər keçirilmişdir.

    Arıçılığın innovativ inkişafı, bal məhsuldarlığının artırılması yolları, yerli genefondun qorunması istiqamətində xüsusi hazırlanmış elmi-praktik proqram üzrə fermerləri narahat edən xəstəliklər və onlara qarşı aparılacaq yeni müalicə-profilaktika tədbirləri haqqında institutun  mütəxəssisləri tərəfindən geniş müzakirələr  aparılmışdır.

    Təlimlərdən sonra arıçılıq təsərrüfatlarında arıxanalara kliniki baxış keçirilmişdir. Yaz mövsümündə  arılara düzgün qulluq qaydalarına  riayət  olunması haqqında tövsiyələr  verilmişdir. Arıçıları narahat edən arı xəstəliklərinin aradan qaldırılması istiqamətində  yeni bitki mənşəli baytarlıq preparatlarının işlədilməsi  qaydaları təklif olunmuşdur.

     Arıçılıq təsərrüfatlarında geniş yayılmış xəstəliklərin qarşısını almaq və onlardan qorunmaq üçün mütəxəssislər tərəfindən hazırlanan təlimat, tövsiyə, bukletlər arıçılara paylanmışdır.

   Təlimlər BETİ-nin Balıq və arı xəstəlikləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent  Afət Süleymanova, Masallı Eksperimental Dayaq Məntəqəsinin müdiri Əbülfəz Şahmarov, böyük elmi işçi Firuzə Gülalıyeva və dəvət olunmuş alimlər Azərbaycan Pedoqoji Universitetinin “Biologiya və onun  tədrisi  metodikası” kafedrasının, biologiya elmləri doktoru, professor Rauf Sultanov, Naxçıvan Dövlət Universitetinın “Təbiətşunaslıq və Kənd Təsərrüfatı” kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Mirmahmud Seyidli  tərəfindən aparılmışdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: