MEDİA

XƏBƏRLƏR

Macarstanın Kənd Təsərrüfatı naziri İstvan Nagyinin rəhbərlik etdiyi nümayəndə heyəti BETI-də iş prosesi ilə yaxından tanış oldular

24.05.2023-cü il tarixində Macarstanın Kənd Təsərrüfatı naziri İstvan Nagyinin rəhbərlik etdiyi nümayəndə heyəti  Kənd Təsərrüfat Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda oldular. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti İnstitutun  “Baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri”, “Yoluxmayan xəstəliklər və baytarlıq sanitariya”, “Quş xəstəlikləri”, “Parazitologiya”, “Baytarlıq preparatlarının istehsalının təşkili və tətbiqi”, “Virusologiya və İmmunologiya”, “Balıq və arı xəstəlikləri” şöbələri, 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası və Baytarlıq Klinikası ilə tanış oldular.  İnstitutumuzun laborator şəraitində hazırlanmış “Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnologiyası”, Brusellyozun diaqnostikası üçün Antigen, RozBenqal testi, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün  “qara yara  presipitəedici serumla” tanış oldular. Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti eyni zamanda Baytalıq Klinikası ilə ətraflı tanış oldular.

          Qonaqlar Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Baytarlıq Klinikasında olduqlarından məmnun qaldıqlarını bildirdilər və sonda xatirə şəkli çəkdirdilər

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: