MEDİA

XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Abşeron rayonun Yaşma qəsəbəsində yerləşən kiçik fermer təsərrüfatının sahibkarı tərəfindən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna qan-parazitar xəstəlikləri ilə bağlı müraciət edilmişdir.

 

           Kənd Təsərrüfatı Nazirliyi  yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Abşeron rayonun Yaşma  qəsəbəsində yerləşən kiçik fermer təsərrüfatının sahibkarı tərəfindən  Baytarlıq Elmi-Tədqiqat İnstitutuna qan-parazitar xəstəlikləri ilə  bağlı müraciət edilmişdir. Bu məqsədlə həmin təsərrüfatda iribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinə dair kliniki (hərarətin ölçülməsi) və parazitoloji (qan yaxmasının hazırlanması və xəstə heyvanlardan gənələrin toplanması) monitorinq keçirilmiş, 5 baş heyvanda yüksək hərarət (40,6-41,2) olduğu aşkarlanmışdır. Xəstə heyvanlarda kliniki əlamətləri nəzərə alaraq teylerioz diaqnozu qoyuldu. Qoyulmuş diaqnozu dəqiqləşdirmək üşün xəstə heyvanlardan müalicə aparmazdan əvvəl hazırlanmış periferik qan yaxmaları  və həmin heyvanlar üzərindən toplanmış gənələrin müayinə edilməsi üçün BETİ-nin Parazitologiya laboratoriyasına gətirildi. Laboratoriyada qan-parazitar xəstəliklərinin törədicilərini aşkar etmək məqsədilə  5 baş xəstə iribuynuzlu heyvanın  periferik qanından hazırlanmış yaxmalar  mikroskopik müayinədən keçirildi. Müayinə zamanı xəstə heyvanların qanında teyleriozun törədicisi  (Th.annulata)  aşkarlanmışdır.  İribuynuzlu xəstə heyvanlardan toplanmış gənələrin növü təyin olundu və həmin gənələrin Hyalomma plumbeum növü olması aşkar edildi.

          Qan-parazitar xəstəliyi aşkar edilmiş iribuynuzlu heyvanların müalicəsində 2 parazitotrop preparatın eyni vaxtda birgə işlədilməsinin müsbət nəticə verməsini nəzərə alaraq teyleryozun müalicəsində Bupartek+Minor birgə istifadəsi məqsədə uyğun hesab edilmişdir. Xəstə heyvanların müalicəsində hər iki preparat heyvanın 100 kq diri çəkisinə 5 ml boyun və yan hissədən əzələ daxilinə inyeksiya edilməsi, xəstəliyin gedişatı zamanı əmələ gələn toksinləri qandan təmizləmək üçün vena daxlinə 5%-li 200 ml qlükoza yeridilməsi, xəstə heyvanların qanında eritrositlərin fəaliyətini artırmaq məqsədi ilə Butacom-B12 (vitamin mineral) 12 ml boyun əzələsinə inyeksiyası və xəstə heyvanlarda parazitlərin lokalizasiya etdikləri daxili orqanlarda ertrosidlərin parçalanması nəticəsində əmələ gələn iltihabların aradan qaldırılması üçün oksitetrasklin-1kq diri çəkiyə 2000-5000 vahid olmaqla əzələ daxilinə inyeksiyası  təsərrüfatın sahibkarına və yerli baytar həkiminə tövsiyyə edildi.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: