MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri və böyük elmi işçisi kənd təsərrüfatı heyvanlarında piroplazmidozlar (qan-parazitar xəstəlikləri), helmintozlar və ektoparazit gənələrlə yoluxmanın epizootik durumunu müəyyən etmək məqsədilə, Şəki-Zaqatala iqtisadi rayonuna ezamiyyə olunmuş, monitorinqlər keçirmişlər.

         Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri biol.ü.f.d., dosent Əzizova Aygün və şöbənin böyük elmi işçisi Məmmədova Gülər kənd təsərrüfatı heyvanlarında piroplazmidozlar (qan-parazitar xəstəlikləri), helmintozlar və ektoparazit gənələrlə yoluxmanın epizootik durumunu müəyyən etmək məqsədilə, Şəki-Zaqatala iqtisadi rayonuna ezamiyyə olunmuş, monitorinqlər keçirmişlər. Əməkdaşlar Şəki rayonunda yeləşən atçılıq kompleksində, Qax, Zaqatala, Balakən rayonlarının heyvandarlıq təsərrüfatlarında  olmuş, Qarabağ, Dilbaz, İngilis, Axaltəkə, Ərəb at cinslərinə kliniki baxış keçirmiş, parazitar xəstəlikləri müəyyən etmək üçün atlardan, iri vəxırdabuynuzlularda  patoloji materiallar götürmüşlər. Qızdırmalı və xəstəliyə şübhəli iri və xırdabuynuzlu heyvanların qulaq seyvanından piroplazmidozlara görə periferik qan yaxma nümunələri götürülmüş, heyvanların üzərindən törədici parazitləri keçirən gənələr toplanılmışdır. Piroplazmidoz törədicilərini keçirən iksodid gənələri ilə otlaqların yoluxma səviyyəsini və monieziyaların aralıq sahibləri olan oribatid gənələrin intensivliyini və növ tərkibini tədqiq etmək məqsədilə torpaq nümunələri götürülmüşdür. Patoloji materiallar və torpaq nümunələri “Parazitologiya” laboratoriyasında müayinədən keçirilmiş, törədici parazitlərin növ tərkibi təyin olunmuş, xəstəliklər müəyyən edilmişdir. Nəticələrə əsasən xəstəliklərə qarşı müalicə və profilaktika tədbirlərindən ibarət ekspertizalar hazırlanmış, “Heyvan Sağlamlığı və Baytarlıq Xitmətləri İdarə”lərinə və fermerlərə təqdim olunmuşdur.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: