MEDİA

XƏBƏRLƏR

Heyvanları günvurma və istivurma hallarından necə qoruyaq?

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, isti hava şəraitində kənd təsərrüfatı heyvanları və ev quşlarını günün isti vaxtlarında, yəni saat 11:00-dan 17:00-dək istivurma və günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına riayət etməklə kölgədə saxlamaq lazımdır. Həmçinin baytar həkiminin nəzarəti altında ektoparazitlərə qarşı tədbirlər həyata keçirilməlidir,  heyvanların temperatur rejimini tənzimləmək məqsədi ilə onlara yaşıl yem kütləsi və təmiz içməli suyun verilməsi zəruridir.

Hal-hazırda yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı heyvanları arasında günvurma və istivurma hallarına daha çox rast gəlinir. Belə hallarda heyvanların məhsuldarlığı 25-30 % aşağı düşür. Bu baxımdan sahibkarların günvurma və istivurma hallarının kliniki əlamətlərini bilməsi və bunlara qarşı mübarizə tədbirlərinin aparması vacib şərtlərdən biridir.

Günvurma - kəskin formalı xəstəlik olub, bilavasitə Günəşin düz şüalarının baş beyinə təsiri nəticəsində sinir mərkəzlərinin pozulması ilə səciyyələnir. Xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları tutulur və bunlardan atlar daha həssasdır.

Heyvanlar uzun müddət qızmar Günəş altında saxlandıqda Günәşin düz şüaları baş beyini fəaliyyətdən salır. Bundan başqa uzun müddət tövlədə saxlanıb az hərəkət edən, һabelә xarici ölkələrdən gətirilmiş һeyvanlar günvurmaya daһa tez mәruz qalır.

Günәşin başlıca olaraq düz, infraqırmızı şüalarının baş nahiyəsinə uzun müddәt tәsiri nəticəsində baş beyin qabığı qızır, beyin qabığında temperatur normadan 2-3 dərəcə artıq olur. Baş beyin vә onun qabığında һiperemiya vә ödem әmәlә gәlir, kәllәdaxili təzyiq yüksәlir. Nəticәdә baş beyin qabığında funksiya pozğunluqları başlayır, tәnәffüs mәrkәzi vә damarları һәrәkәt etdirәn mәrkәzlәrin fәaliyyәti pozulur. Bu isə öz növbəsində ürәk vә ya tәnәffüsün iflicini verәrәk, ölümә sәbәb ola bilər.

Əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, titrəmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formaya keçdikdə heyvan yıxılır, göz bəbəkləri genişlənir, hərəkətləri kəskin surətdə zəifləyir. Ürək-damar və tənəffüs sistemində dəyişikliklər əmələ gələrək selikli qişalar sianozlaşır, nəbz tezləşir, damarlar qanla kifayət qədər dolmur, ürəyin ritmi pozulur, tənəffüs tezləşir və aritmiya müşahidə olunur. Vaxtında baytar həkimi  yardım göstərdikdə 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində baş verən pozulmalar tədricən aradan qalxır. Qeyd etmək lazımdır ki, heyvanda ümumi zəiflik bir neçə gün davam edə bilər.

Xəstə heyvana  kömək məqsədi ilə baytar həkiminə vaxtında müraciət etməklə heyvanı sərin kölgədə saxlamaq, baş nahiyəsinə soyuq su tökmək, soyuq islatmalar, buz torbası qoymaq lazımdır. Damarların tonusunu qaldırmaq və tənəffüs mərkəzini oyatmaq üçün kofein, kamfora, lobelin preparatları təyin edilir. Qaramal və atın venasına 20-30 40 % - li qlükoza məhlulundan 300 ml götürüb 1-2 qram kofeinlə qarışdırıb vurmaq lazımdır. Sonra gündə 2 dəfə iri heyvanların dərisi altına 3 qram kofein 15 ml distillə edilmiş suda həll edib vurmalı, güclü oyanmalar müşahidə olunduqda yuxu gətirən və sakitləşdirən dərmanlardan xloralһidrat, mednnal, brom preparatları tәtbiq edilmәlidir. Ağciyәrdә ödem olduqda qanbüraxma mәslәһәt görülür (һeyvanın һәr 1 kq diri çәkisinә 5-7 ml hesabı ilә qanburaxmaq olar). Bundan sonra venayә kalsium xlorid mәһlulu yeritmәk lazımdır.

Xәstә һeynanın yemlənmə vә bәslәnmәsinә diqqәt yetirmәli, ona əsasən asan həzmə gedən yemlər tәyin etmәk lazımdır.

Heyvanları günün isti vaxtlarında kölgədə saxlamaqla sərin su ilə təmin etmək lazımdır.

Günvurma və istivurmanı ayıran səciyyəvi cəhət odur ki, istivurma-xarici temperatur yüksək olduqda bədənin həddindən artıq qızması ilə müşahidə olunur. Xarici mühitin temperaturu və nəmlik yüksək olan şəraitdə heyvan saxlandıqda, bürkü və isti havada heyvanı otardıqda, bir yerdə sıx saxladıqda, istivurma baş verir. Havanın temperaturu yüksək olduqda, hasil olunan temperaturun miqdarı ilə xaric olunan temperaturun arasında kəskin fərq yaranır, temperaturun ixracı çətinləşir. Nəticədə orqanizmin ümumi temperaturu yüksəlir, qan durğunluğu əmələ gələrək, baş beyində və ağciyərdə ödemlər inkişaf edir. Mərkəzi sinir sisteminin və ürəyin funksiyaları pozulur.

Heyvanlarda xəstəliyin ilk dövrlərində ümumi oyanma və narahatlıq əlamətləri görünür, xəstə çox su içir, çox tərləyir, göz bəbəkləri genişlənir, tənəffüs gərginləşir. Xəstəliyi yaradan səbəblər aradan qaldırılmadıqda mərkəzi sinir sistemində və ürəyin fəaliyyətində dərin pozğunluqlar başlayır, heyvan yerə yıxılır, hissiyatını itirir, fibrilyar titrəmə başlayır, selikli qişalarda sianoz, ürəkdə aritmiya, ağciyərdə ödem və s. və bu kimi əlamətlər nəticəsində heyvan ölür. Vaxtında müalicə tədbirləri görüldükdə əksər hallarda xəstə heyvan sağalır.

Heyvanların müalicəsi zamanı isə xəstəliyə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilən tədbirlər görülməlidir. Belə ki, xəstələrə lazımi qədər sərin su verilməli, onları təmiz havada və ya yaxşı ventilyasiyalı yerlərdə saxlamalı və döş nahiyəsinə sərin su töküb (temperaturu 20-25 °C olan) çimizdirmək lazımdır. Eləcə də heyvanın venasına qlükozanın һipertonik mәһluluna kofein qarışdırıb vurmaqla yanaşı, dәrialtına ürәk dәrmanlarından kardiamin, adonizid vurulmalıdır. Ağciyәrdә xırıltılar eşidildikdә bir qәdәr qanburaxmalı vә venaya kalsium-xlorid mәһlulu yeridilməlidir.

Heyvanları günün isti vaxtlarında günvurma və istivurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun olaraq kölgəliklərdə saxlamaq, baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

axa.gov.az

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: