MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini bayt.ü.f.d., dosent İ.Hacıyev İnstitutda açılacaq baytarlıq klinikasında fəaliyyət göstərəcək mütəxəssislərə təlimlər keçir.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini bayt.ü.f.d., dosent İ.Hacıyev İnstitutda açılacaq baytarlıq klinikasında fəaliyyət göstərəcək mütəxəssislərə təlimlər keçir.  

          BETİ-də Baytarlıq Klinikası  yaradılmış və yaxın zamanlarda fəaliyyət göstərməyə başlayacaqdır. Institutun əməkdaşları bu klinikada fəallıq göstərəcəklər. Klinikada kənd təsərrüfatı heyvanları və ev heyvanları üzərində diaqnostik, terapevtik, cərrahi müayinələr aparılacaqdır.

          Klinikanın fəaliyyətə başlayacağı müddətə kimi İnstitut əməkdaşları ilə görüşlər, təlimlər keçirilir və bu təlimlər direktor müavini bayt.ü.f.d İltifat Hacıyevin rəhbərliyi ilə həyata keçirilir.

          Hacıyev İltiffat Müzəffər oğlu  uzun müddət (30 il) Rusiyya Federasiyyası Novosibrsk Şəhərində Baytarlıq klinikasında baş həkim kimi fəaliyyət göstərib və bu işdə böyük təcrübəsi var. 

          Bu təlimlərdə heyvanların ayrı-ayrı xəstəliklərini diaqnostikası, müalucəsi müzakirə olunur və institut əməkdaşları öz təcrübələrini bir-biri ilə bölüşürlər.  Təlimlər mütəmada olaraq keçirilir. Təlimlərdə kənd təsərrüfatı heyvanları ilə ev heyvanlarının parazitar, infeksion və yoluxmayan xəstəlikləri müzakirə olunur. Həmçinin bu təlimlərdə müalicə zamanı işlənilən avadanlıqlar, bu avadanlıqlardan istifadə qaydaları və ayrı-ayrı xəstəliklərin müalicə metodları müzakirə olunur.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: