Qanunlar

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu

"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi;

1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü;

1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi;

1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlər;

1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr;

1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi;

1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı;

1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;

1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə və sertifikatları;

1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlaristehsalçılarının uçota alınması (kodlaşdırılması);

1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri;

1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti;

1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti.

Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Baytarlığın əsas vəzifələri

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq;

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək;

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək;

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük, saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən edilmiş qaydada keçirmək;

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında iştirak etmək;

3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini hazırlamaq;

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu

Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq xidmətlərindən ibarətdir.

Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ

5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər.

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (baytarlıq mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır.

5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar.

II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;

6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və səlahiyyətlərini müəyyənləşdirmək;

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək;

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək;

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq etmək;

6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin rejimini müəyyən etmək;

6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq;

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək;

6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək;

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək;

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək;

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Maddə 7. Dövlət baytarlıq xidməti

7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir.

7.2. Dövlət baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq müfəttişlərinin müavinləri, dövlət baytarlıq müfəttişləri hesab edilirlər.

7.3. Müvafiq icra hakimiyyəti orqanının işçiləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər.

7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilən möhürləri ola bilər.

Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri

8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır:

8.1.1. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;

8.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni baytarlıq preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına dair rəy vermək;

8.1.3. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarının, o cümlədən heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə müəyyən edilmiş qaydada vermək;

8.1.4. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)qanunla müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarətini həyata keçirmək;

8.1.5dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla), bazarlarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil etmək;

8.1.6. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək;

8.1.7. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə qanunvericiliyə uyğun qaydada karantin qoyulması üçün təklif vermək və digər tədbirlər görməsi barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata məlumat vermək;

8.1.8. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

8.1.9. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək və onların səmərəli istifadəsinə nəzarət etmək;

8.1.10. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı və emalı müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmokoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;

8.1.11. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan fiziki şəxslərin uçotunu aparmaq və onlardan lazımi məlumatlar almaq;

8.1.12. baytarlıq sahəsində beynəlxalq normaları və epizootiya vəziyyətini nəzərə almaqla elmi əsaslara uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək;

8.1.13. başqa dövlət orqanlarının baytarlıq xidmətlərini və baytarlıq sahəsində sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək və qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.1.14. qonşu ölkələrin dövlət baytarlıq xidməti orqanları ilə sərhəd bölgəsində heyvan xəstəliklərinin profilaktikası məqsədi ilə əməkdaşlıq barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlamaq;

8.1.15. qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək və onlarla əməkdaşlığı həyata keçirmək;

8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

8.2. Dövlət baytarlıq xidmətinin vəzifələri aşağıdakılardır:

8.2.1. baytarlıq sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək, heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.2.2. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin, karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını hazırlamaq;

8.2.3. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğv edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq baytarlıq tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən qorumaq;

8.2.4. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təşkil etmək və informasiya mübadiləsi aparmaq, metodik seminarlar keçirmək;

8.2.5. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq xidmətinin həyata keçirilməsini təmin etmək;

8.2.6. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirmək və idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilindəyoxlamaq və müvafiq baytarlıq sənədi vermək;

8.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi aparmaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərlə xəstələnmə və ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan qaldırılması və profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

8.2.8. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən baytarlıq qanunvericiliyinə əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.9. baytarlıq preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini, saxlanması, daşınması və istifadə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkil etmək;

8.2.10. dövlət baytarlıq nəzarətində olan yüklərin (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)idxalına və ixracına, onların ölkə daxilində daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirmək;

8.2.11. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan baytarlıq preparatlarına, ləvazimatlara, alətlərə və digər vasitələrə olan tələbatı müəyyənləşdirmək və təklifləri müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

8.2.12. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı baytarlıq preparatlarının ehtiyatını yaratmaq;

8.2.13. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə baytarlıq xidməti göstərilməsini təşkil etmək və xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.14. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı baytarlıq (baytarlıq-sanitariya) baxımından standartlara, texniki şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək və həyata keçirmək;

8.2.15. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsullar emal edən müəssisələrin, bazarların, xammal anbarlarının, heyvanların suvarılması mənbələrinin, köç yollarının və dayanacaqlarının baytarlıq (baytarlıq-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin etmək;

8.2.16. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;

8.2.17. baytarlıq təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların, baytarlıq sahəsində uçot və hesabat formalarının və digər normativ sənədlərin qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğun hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək;

8.2.18. baytarlıq elminin inkişafı, baytarlıq mütəxəssislərinin hazırlanması, onların ixtisaslarının artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və baytarlıq sahəsində elmi-tədqiqatların aparılmasına sifarişlər verilməsində iştirak etmək;

8.2.19. baytarlıq fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin məqsədli istifadəsini təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına alınmış baytarlıq preparatları və avadanlıqlarının saxlanmasına, daşınmasına və istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək;

8.2.20. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq baytarlıq təcrübəsindən qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl edilməsini səlahiyyətləri daxilində təmin etmək;

8.2.21. respublikada keçiriləcək baytarlıq tədbirləri, Azərbaycan Respublikasının baytarlıq qaydaları, normaları və digər normativ hüquqi aktları barədə məlumatların maraqlı şəxslərə təqdim edilməsini təşkil və təmin etmək;

8.2.22. əhali arasında baytarlıq maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək;

8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti

9.1. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq:

9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini həyata keçirirlər;

9.1.2. bu orqanların baytarlıq nəzarətində olan obyektlərində baytarlıq (baytarlıq-sanitariya) tədbirlərini həyata keçirirlər;

9.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən baytarlıq tədbirlərində iştirak edirlər və qanunvericiliklə müəyyən olunan digər baytarlıq fəaliyyəti ilə məşğul olurlar.

9.2. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq (baytarlıq-sanitariya) nəzarəti də daxil olmaqla təşkili və yerinə yetirilməsində Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyini rəhbər tutur, baytarlıq uçotu və hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada və formada müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

9.3. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirmirlər.

Maddə 10. Bələdiyyələrin baytarlıq sahəsində hüquqları

10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baytarlıq təbabəti ilə məşğul ola bilərlər.

10.2. Dövlət baytarlıq xidməti bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş baytarlıq tədbirlərinin həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə bilər. Bu zaman bələdiyyələr müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri hesabına məqsədli fondlar yarada və yerli büdcədən vəsait ayıra bilərlər.

III fəsil. Dövlət baytarlıq nəzarəti

Maddə 11. Dövlət baytarlıq nəzarətinin əhatə dairəsi

11.1. Dövlət baytarlıq nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin icra edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının həyata keçirdiyi hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

11.2. Dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin tələblərinə əməl olunmasını;

11.2.2. baytarlıq tədbirlərinin təşkili və onların yerinə yetirilməsini;

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq üçün baytarlıq tədbirlərinin öz səlahiyyətləri daxilində təşkilini və həyata keçirilməsini;

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı müəssisələrində, həmçinin daşınması zamanı baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsini;

11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq- sanitariya) vəziyyətinin təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan baytarlıq tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini;

11.2.6. büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və onların təqdim edilməsini;

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara göndərilməsini.

Maddə 12. Dövlət baytarlıq nəzarəti obyektləri

12.0. Dövlət baytarlıq nəzarətinin obyektləri aşağıdakılardır:

12.0.1. heyvanlar və onların genetik materialları;

12.0.2. heyvan xəstəliklərinin törədiciləri;

12.0.3. heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri, patoloji material və ya diaqnostika, baytarlıq (baytarlıq- sanitariya) ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri;

12.0.4. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası üçün istifadə edilən baytarlıq və zoogigiyena təyinatlı materiallar və atributlar;

12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s;

12.0.6. hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri obyektlər;

12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadə üçün nəzərdə tutulan istehsal binaları və ərazilər;

12.0.8. heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş əraziləri;

12.0.9. öz səlahiyyətləri daxilində baytarlığa dair uçot və hesabat sənədləri, sertifikat, şəhadətnamə, arayış, baytarlığın (baytarlıq-sanitariya) rəyi, ekspertiza aktı, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, daşınması və emalına aid normativ-texniki sənədlər, baytarlıq sahəsində digər normativ sənədlər.

Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları

13.1. Dövlət nəzarəti nəticəsində dövlət baytarlıq müfəttişləri öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:

13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması;

13.1.2. dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.3. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəsi və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə qərarı qəbul edilənə kimi qüvvədə qalır);

13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi;

13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi;

13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasənqanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi;

13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi.

13.2. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Dövlət baytarlıq müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.

13.4. Dövlət baytarlıq müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən məsuliyyət daşıyırlar.

Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik heyvan xəstəliklərindən qorunması

14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirmək üçün dövlət sərhədində qanunvericiliklə müəyyən edilmiş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) baytarlıq nəzarəti məntəqələri təşkil edilir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər.

14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan götürüldükdə yol verilir.

14.3. Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilir.

14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində (götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir.

14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin dövlət baytarlıq orqanı həmin məhsulların insanların istifadəsi üçün yararlı olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.

14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış müvafiq beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidirlər.

14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.

14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin daşınmasına yalnız baytarlıq nəzarəti məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.

15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına beynəlxalq müqavilələrdə nəzərdə tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına əməl edildikdə icazə verilməsini;

15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun

ghghhjjhgj4 4

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: