Qaydalar

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi ...

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 5 oktyabr tarixli

 

156 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

 

 

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olanxəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsullarınvə xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi,məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.29-cu və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, heyvan mənşəli məhsulların, xammalın (bundan sonra - yüklər) təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı məsələlərini tənzimləyir.

1.2. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq- sanitariya) nəzarətindən keçməyən yüklərin satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2006-cı il tarixli 193-IIIQD nömrəli Qanununa əsasən hazırlanmış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22 iyun 2007-ci il tarixli 177 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 iyul 2007-ci il tarixli 3343 nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyat şəhadətnaməsi verilmiş «Baytarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında sənədlərin tərtib olunması Qaydaları»na uyğun olaraq yüklər dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir.

1.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, dövlət baytarlıq müfəttişləri tərəfindən ərazidə heyvandarlıqla məşğul olan bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər verilə bilər.

1.4. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin götürülməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi və ya məhv edilməsi, emalı və ya təkrar emalı prosesi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ilə razılaşdırılaraq yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.

 

2. Baytarlıq-sanitariya qayda və tələblərinin pozulmasına görə yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi halları

2.1. Baytarlıq-sanitariya qayda və tələblərinin pozulmasına görə təhlükəlilik dərəcəsindən asılı olaraq yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə qərar bu sahədə dövlət baytarlıq nəzarəti funksiyalarını həyata keçirən dövlət baytarlıq müfəttişləri tərəfindən aşağıda göstərilən hallarda qəbul edilir:

2.1.1. yüklərin təhlükəsizlik və keyfiyyətinə nəzarəti həyata keçirən səlahiyyətli şəxsdə yüklərdə aşkar görünən keyfiyyətsizlik əlamətlərinin olmasına şübhə qalmadıqda;

2.1.2. yüklərə istehsalçı tərəfindən onun mənşəyini, təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sənədlər verilmədikdə, habelə yüklərin sertifikatlaşdırılmasına dair sənədlər müəyyən edilmiş qaydada tərtib edilmədikdə;

2.1.3. tərkibi həmin yüklərin adına və ya görünüşünə uyğun gəlmədikdə;

2.1.4. yararlılıq müddətinin təyin edilməsi vacib olan yüklərin yararlılıq müddəti təyin edilmədikdə və ya yararlılıq müddəti bitdikdə;

2.1.5. ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satıldıqda və ya dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçmədikdə.

 

3. Yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi, emalı və təkrar emalı qaydaları

3.1. Bu Qaydaların 4-cü və 5-ci bölmələrində göstərilən xəstəliklərə yoluxmuş yüklər, habelə 2-ci bölmədə qeyd edilmiş hallar aşkar edildikdə, onların götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə qərar yükün müvafiq müayinəsi və ekspertizasından sonra verilə bilər.

3.2. Yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə müvafiq qərar dövlət baytarlıq müfəttişi tərəfindən qəbul edilir.

3.3. Dövlət baytarlıq orqanı tərəfindən seçilmiş yüklərin nümunələrinin müayinəsi və ekspertizası dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarında aparılır. Yüklərin baytarlıq-sanitariya ekspertizası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2006-cı il tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları»na uyğun olaraq aparılır.

3.4. Yüklərin müayinə və ekspertizalarının nəticələri aktla rəsmiləşdirilir.

3.5. Müayinənin və ekspertizanın nəticəsinə görə istifadəyə yararsız və ya şərti yararsız sayılmış yük dövlət baytarlıq orqanının qərarına əsasən dövriyyədən çıxarılaraq götürülür.

3.6. Götürülmüş yüklər heyvanların yemlənməsinə, təkrar sənaye emalına göndərilənə və ya məhv olunana qədər dəqiq çəkisi göstərilməklə, xüsusi uçota alınaraq, ayrıca yerdə saxlanılır.

3.7. Bu yüklərin saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti yük sahibi daşıyır.

3.8. Götürülmüş yüklərin təkrar emala yönəldilməsi və ya heyvanlara yem üçün istifadə edilməsi dövlət baytarlıq orqanlarının razılığı və iştirakı ilə yük sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

3.9. Götürülmüş yükün sonrakı aqibəti barədə sənəd məhsul sahibi tərəfindən qərar çıxarmış dövlət baytarlıq orqanına təqdim edilir.

3.10. İnsan qidalanması üçün yararsız sayılmış yüklərin təkrar sənaye emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə edilməzsə, onlar məhv edilir.

3.11. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükə törədən yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi bu məqsədlə xüsusi ayrılmış yerlərdə həyata keçirilir. Mikrobioloji cəhətdən təhlükə törədən yüklər məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

3.12. Yüklərin məhv edilməsi barədə qəbul olunmuş qərardan (heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklər istisna olmaqla) 5 gün ərzində şikayət verildiyi halda, yük sanitariya-epidemioloji və epizootoloji cəhətdən təhlükə törətmirsə, onların məhv edilməsi dayandırılır. Şikayətə baxılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.13. Yükün məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş dövlət baytarlıq orqanları mütəxəssislərinin iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır.

3.14. Heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklərin məhvi nəticəsində dəymiş ziyanın əvəzini yük sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş «Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları»na uyğun olaraq almaq hüququna malikdirlər.

 

4.Yüklərin götürülməsinə və məhv edilməsinə səbəb olan xəstəliklər

4.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:

quduzluq;

dabaq;

qarayara;

tulyaremiya;

botulizm;

4.2. Qaramalın xəstəlikləri:

taun;

rinotraxeit;

kataral isitmə;

emfizematoz karbunkul;

4.3. Davarların xəstəyi:

skrepi;

bradzot-enterotoksemiya;

çiçək;

4.4. Donuzların xəstəlikləri:

afrika taunu.

4.5. Quşların xəstəlikləri:

taun;

qamboro;

yüksək patogenli quş qripi;

ornitoz;

streptokokkoz;

4.6. Atların xəstəlikləri:

epizootik limfanqoit;

cütləşmə xəstəliyi;

afrika taunu;

manqo;

saqqo;

4.7. Dəvələrin xəstəliyi:

taun

4.8. İt və pişiklərin xəstəlikləri:

toksoplazmoz;

mikrosporiya.

4.9. Dovşan, qunduz və vəhşi heyvanların xəstəlikləri:

vərəm;

tulyaremiya;

miksomatoz;

streptokokkoz;

stafilokokkoz;

kaxeksiya;

trixinelyoz;

tetanus.

 

5. Yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsinə, emalına və təkrar emalına səbəb olan xəstəliklər

5.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:

bruselyoz (kliniki xəstələr, seroloji müayinəyə müsbət reaksiya verənlər);

vərəm (kliniki xəstələr, tuberkulinə müsbət reaksiya verənlər); leykoz.

5.2. Donuzların xəstəlikləri: taun.

5.3. Quşların xəstəlikləri:

infeksion larinqotraxeit;

infeksion bronxit;

çiçək;

pasterelyoz.

5.4. Atların xəstəlikləri:

yoluxucu ensefalomielit

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: