MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi Tədqiqat İnstitutunda Balıq və arı xəstəlikləri şöbəsinin müdiri biol.ü.f.d, dosent Afət Süleymanovanın 55 illik yubileyi qeyd olunmuşdur

Baytarlıq Elmi Tədqiqat İnstitutunda Balıq və arı xəstəlikləri şöbəsinin müdiri biol.ü.f.d, dosent Afət Süleymanovanın 55 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə AMEA-nın əmək veteranı, Türk Dünyası Araşdırılması Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü - akademiki, Turan Elmlər Akademiyasının akademiki və Rəyasət Heyyətinin üzvü Sabir Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin Sədri Fuad Məmmədov, müavin Anar Tağıyev,   Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, Aqrar Xidmətlər Agentliyi, Aqrar Təlim Mərkəzinin, Təlim proqramları şöbəsinin baş mütəxəssisi Talıb Hüseynov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının şöbə müdiri Akif Təvəküül oğlu, Azərbaycan Tibb Universitetinin müəlliməsi, biol.ü.f.d Mehri Seyidbəyli  iştirak etdilər. Tədbiri giriş sözü ilə institutun direktoru Sialə Rüstəmova açdı, qonaqları salamladı və yubilyar haqqında ürək sözlərini deyərək təbrik etdi. Afət Süleymanovanın həyat və   əmək fəaliyyəti haqqında çıxış üçün söz institutun əməkdaşı, Məlahət Qarayevaya verildi.

Balıq və arı xəstəlikləri şöbəsinin baş elmi işçisi Niyazi Nəcəfov Afət Süleymanovanın elmi fəaliyyətindən, nailiyyətlərindən söz açaraq yubiliyarı təbrik etdi. Qonaqlar ayrı-ayrılıqda yubiliyar haqqında ürək sözlərini deyərək Afət xanımı təbrik etdilər. Sabir Tağıyev yubiliyara Özbəkistan Turon Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə “Fəxri professor” elmi adı verilməsi münasibətilə bir daha təbrik edərək vəsiqəni təqdim etdi.

Sonda institutun əməkdaşı Maya Almuradova kollektiv adından yubiliyara xoş arzularını bildirdi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: