MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat institutunda 20 aprel 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Baytarlıq elmində innovativ tədqiqatların inkişafı” mövzusunda elmi- praktiki seminar keçirildi

Seminara Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru v.i.e., a.e.ü.f.d., dosent Ələddin Eyvazov,  ADA Univerisiteti aqrar.e.ü.f.d. Asəf Ömərov, Genetik Ehtiyatlar İnstitutunun  şöbə müdiri, biol.ü.f.d., Vəli Qarayev, AQTA Heyvan sağlıamlığı şöbəsinin baş mütəxəssisi Asəf Ağayev, Təchizat bazasının müdiri Faiq Axundov dəvət olunmuşdurlar.

              İnstitutun direktoru, aqrar e.ü.f.d., dosent Sialə Rüstəmova  tədbir iştirakçılarını salamladı, bir dəqiqəlik sükutla Heydər Əliyevin xatirəsi yad edildi və  Ulu Öndərin həyatı, fəaliyyəti haqqında ətraflı danışaraq,  hazırlanmış video çarx nümayiş etdirildi.  

Sialə Rüstəmova tədbir iştirakçılarına Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətindən,  son illərdə əldə olunan elmi yeniliklərdən, baytarlıq klinikasında göstərilən xidmətlər haqqında   geniş məlumat verdi.

          Sonra çıxış üçün söz tədbir iştirakçılarına verildi. Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru v.i.e., a.e.ü.f.d., dosent Ələddin Eyvazov, ADA Universitetinin Baş müəllimi, aqrar.e.ü.f.d Asəf Ömərov,  Genetik Ehtiyatlar İnstitutunun  şöbə müdiri , biol.ü.f.d., Vəli Qarayev, BETİ-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, aqar.e.ü.f.d Eldar Kosayev, İnformasiya Təminatı və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Maya Almuradova Heydər Əliyevin  Azərbaycanın rifahı naminə gördüyü işlər haqqına geniş və ətraflı cıxışlar  etdilər.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: