XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin əməkdaşları Qəbələ və Oğuz rayonlarının heyvandarlıq təsərrüfatlarında qan-parazitar xəstəliklərinə görə monitorinq keçiriblər

             Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin əməkdaşları Qəbələ (Yenikənd, Böyük Əmili kəndləri) və Oğuz (Bucaq kəndi) rayonlarının bəzi heyvandarlıq təsərrüfatlarında qan-parazitar xəstəliklərinə görə monitorinq keçiriblər.  Monitorinq zamanı xəstə və xəstəliyə şübhəli qızdırmalı heyvanlara kliniki baxış keçirilmiş, heyvanlardan periferik qan yaxma nümunələri götürülmüşdür.  Nümunələr Parazitologiya şöbəsinin laboratoriyasında müayinə olunmuş, heyvanlarda anaplazmoz və teylerioz xəstəliklərinin olduğu müəyyən edilmişdir. Qızdırmalı heyvanlarda digər parazitar xəstəliklərin – helmintoz və protozoozlarla assosiativ formada yoluxma olduğunu aşkar etmək üçün fekal nümunələri də götürülərək, müayinədən keçirilmişdir. Müayinlərin nəticələrinə əsasən heyvanlarda moniezioz, mədə-bağırsaq və tənəffüs yolları strongilyatozları ilə intensiv yoluxma olduğu müəyyən edilmişdir. Parazitar xəstəliklərə qarşı - müalicə və profilaktika tədbirləri,  eləcə də laborator müayinələrin nəticələri əlavə olunmuş ekspertizalar rayonların “Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi”nə təqdim edilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: