XƏBƏRLƏR

14 sentyabr 2023-cü il tarixində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda növbəti Aqrar İnnovasiya Festivalı təşkil olundu

        Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivalları davam etdirilir. Növbəti festival Hacıqabul rayonunda keçirilib.

        Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılar ilə yanaşı aqrar sahədə öz xidmət və məhsullarını təklif edən 40-a yaxın yerli və xarici şirkət iştirak edib. İxtisaslaşmış şirkətlər tərəfindən innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, rayonlaşmış yeni kənd təsərrüfatı bitki sortlarının toxumları, heyvan cinsləri, gübrə və pestisidlər nümayiş olunub.

        Festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış 50-yə yaxın dövlət və özəl bölməni təmsil edən qurum, eləcə də xarici şirkətlər iştirak edib.

          Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr verilib. 

      Hacıqabulda keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun stendində “Atların yoluxmayan xəstəlikləri və yetişdirilməsi gigiyenası”, “İnəklərin cinsiyyət orqanlarının xəstəlikləri”, “Qoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti”, “Quşlаrın invazion хəstəlikləri”, “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti” adlı kitablar,  “İri buynuzlu heyvanların dırnaq (Dermetit) xəstəliyinə qarşı müalicə-profilaktika”, “İnəklərdə metrit xəstəlikləri və onların mülicə -profilaktikası”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə  tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, “Quşçuluqda infeksiyadan qorunmanın innovativ yolları”, “Arıçılığın innovativ inkişafı və arı xəstəlikləri”, “Kənd Təsərrüfatı heyvanlarında moniezioz”, “Xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri”,  “Xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə” adlı tövsiyələr, “Camışların pasterellyozuna qarşı yeni mübarizə tədbirləri” “Donuzların reproduksiya proseslərinin idarə edilməsinin biotexnoloji metodları”, adlı monoqrafiyalar, “Xırdabuynuzlu heyvanlarda babezioz”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Ev su quşlarının qanquleterakidozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında paramfistomatoz”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “İnəklərdə doğum parezi”, “Qoyunlarda endemik anemiya və onun müalicə-profilaktikası”, “İribuynuzlu heyvanlarda fransaielloz”, “Buzovların kriptosporidiozu və ona qarşı mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda dermatit və onun müalicə-profilaktikası”, “Kənd təsərrüfatı heyvanlarında avitellinoz”, “Kənd təsərrüfatı heyvanlarında dikroselioz”, “Kənd təsərrüfatı heyvanlarında fassiolyoz”, “Quduzluq təhlükəsi və onun profilaktikası” adlı bukletlər,   “Toyuq yumurtasından poliklonal anticisimlərin alınması”, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydaları”, “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikası”na dair təlimatlar və “Baramaçılığın inkişafı” adlı məlumat kitabçası nümayiş etdirildi.

      Həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti,  atların qan zərdabından hazırlanmış qara yara xəstəliyini iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün  presipitə edici serum  nümayiş etdirildi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: