XƏBƏRLƏR

PARAZİTOLOGİYA ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI ŞƏKİ VƏ QAX RAYONLARININ HEYVANDARLIQ VƏ QUŞÇULUQ TƏSƏRRÜFATLARINDA

       Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri Aygün Əzizova, şöbənin böyük elmi işçiləri Reyhan Məmmədova və Gülər Məmmədova Şəki və Qax rayonlarının heyvandarlıq və quşçuluq təsərrüfatlarında parazitar xəstəliklərə görə monitorinq keçirmişlər. Qan-parazitar xəstəliklərinə görə heyvanlara kliniki baxış zamanı qızdırmalı heyvan aşkar edilməsə də, heyvanların gənələrlə intensiv yoluxması qeyd edilmişdir.  Gənələr toplanılaraq onlarda olan xəstəlik törədicilərini müəyyən etmək üçün Parazitologiya şöbəsinin laboratoriyasına gətirilmişdir. Heyvanlarda və quşlarda helmintoz və ibtidai bağırsaq parazitlərinin törətdiyi xəstəlikləri aşkar etmək üçün koproloji nümunələr toplanılmışdır. Fermerlərə gənələrlə intensiv yoluxmuş iribuynuzluların akarisid preparatlarla çimizdirilməsi və qışa hazırlıq məqsədilə tövlələrin və quş damlarının dezinseksiya edilməsi tövsiyə olundu. Parazitologiya laboratoriyasında aparılmış müayinələrin nəticələrinə əsəsən heyvanlarda və quşlarda aşkar edilmiş helmintoz və protozoozlara qarşı anthelmint və antparazitar preparatların mərhələli müalicə sxemi təklif edildi.

 

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: