XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası keçirilib

21 oktyabr 2023-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi - Tədqiqat İnstitutunun beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası keçirilmişdir. Bu aksiyaya Almaniya, İspaniya, Fransa, Rusiya və Gürcüstan dövlətlərindən 15 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri qatılmışdır. Aksiyanın maliyyə xərcləri Bricit Bardot Fondu Almaniya Heyvan Rifahının İnkişafına Yardım Assosiasiyası (Fondatıon Brıgıtte Bardot Animal Welfare) tərəfindən tam ödənilmişdir. “Tierschutz Entwicklungshilife e.v” Beynəlxalq Fondu ilə birgə həyata keçirilən heyvanların sterilizasiyası üzrə xeyriyyə aksiya çərçivəsində Bakı şəhəri üzrə 782 heyvan: onlardan 269 it, 513 pişik, Zaqatala rayonu üzrə 135, onlardan 70 it, 65 pişik, Gəncə şəhəri üzrə 94, onlardan 84 it, 10 pişik əməliyyata cəlb edilmişdir. Ümumilikdə ölkə üzrə 1011 heyvan: onlardan 423 it və 588 pişik qısırlaşdırılmış, quduzluq peyvəndi və qulaq birkaları vurulmuşdur. Bununla yanaşı 52 baş heyvanların üzərində digər lazımi (göz amputasiyası, ön və arxa ayaqların amputasiyası, dişlərin çəkilməsi, onkoloji şişlərin götürülməsi, dişlərin təmizlənməsi, qrıja və.s.) cərrahi əməliyyatlar icra edilmişdir.

Sahibsiz heyvanların baş sayının humanitar yolla məhdudlaşdırılması kampaniyası zamanı Baytarlıq Klinikasının əməkdaşları heyvanların axtalanması əməliyyatının müasir üsullarını mənimsəmiş və buna görə  gələn xarici qonaqlara öz minnətdarlıqlarını bildirmişlər.  Aksiya  1 noyabr 2023-cü il tarixində uğurla başa çatmışdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: