XƏBƏRLƏR

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabatı

16 yanvar 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgi nümayiş etdirilib.

Sərgidə Baytarlıq Elmi-Tədqiqat İnstitunun rəhbərliyi və əməkdaşları da iştirak etdilər. İnstitutumuzun mühüm elmi nəticələri olan yeni kitablar, tövsiyələr, bukletlər və həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış “İgY melanjı” bioloji yem əlavəsinin Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, brusellyozun diaqnostikası üçün “Antigen” testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün “RozBenqal” diaqnostikumu, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti,  atların qan zərdabından hazırlanmış gön dəridə qara yara xəstəliyinin diaqnostikası üçün “Qara yara presipitəedici serum”u nümayiş etdirildi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: