XƏBƏRLƏR

02 fevral 2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Təsərrüfat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, institutun İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Muxtar oğlu Kosayevin 70 illik yubileyi qeyd olundu

02 fevral 2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Təsərrüfat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, institutun İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Muxtar oğlu Kosayevin 70 illik yubileyi qeyd olundu. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov, müavin Anar  Tağıyev iştirak etdilər.

İnstitutun direktoru Sialə Rüstəmova tədbiri təbrik nitqi ilə  açdı və yubilyarı fəxri fərmanla təltif etdi. Eyni zamanda BETİ ailəsinin gənc üzvlərini 02 fevral “Gənclər Günü” münasibətilə təbrik etdi.  

Eldar Kosayevin elmi fəaliyyəti barədə institutun İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Rzayeva Nahidə ətraflı məruzə etdi və "Gənclər günü" münasibətilə institutun gənc əməkdaşlarını  təbrik etdi. 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov Eldar Kosayevi 70 illik yubileyi münasibətilə təbrik edərək yubilyara xoş arzularını bildirdi. Gənclər günü münasibətilə gənclərimizi təbrik edərək onlara işlərində uğurlar arzuladı.

Həmçinin İnstitutun elmi işlər üzrə direktor müavini Bayramov Səhman Eldar müəllim70 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, möhkəm can sağlığı və respublikamızda aqrar sahənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı. İnstitutun gənclərini təbrik edərək onlara işlərində müvəfəqiyyətlər dilədi.

İnstitutun əməkdaşları da çıxış edərək yubiliyarı təbrik etdilər.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: