XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovanın "Aqro Jurnal"da məqaləsi dərc edilib

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 123 illik tarixi olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır. İnstitut ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır. Onların nəticələrinin təcrübədə tətbiqini təmin edir, kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, balıq və arıların infeksion, invazion və yoluxmayan xəstəliklərinin etiologiyasını öyrənir, xəstəliklərə qarşı elmi cəhətdən əsaslandırımış yeni innovativ baytarlıq-sanitariya, müalicə-profilaktika tədbirləri işləyib hazırlayır və fermerlərə təqdim edir".

Bu baradə "Aqro Jurnal"a müsahibə verən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar.e.ü.f.d., dosent Sialə Rüstəmova bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun beynəxalq əməkdaşlıq çərçivəsində Almaniya dövlətinin "Tierschutz Entwicklungshilife e.v" təşkilatı ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda sahibli va sahibsiz ev heyvanlarının qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası keçirilib. Bu aksiyaya Almaniya, Ispaniya, Fransa, Rusiya və Gürcüstan dövlətlərindən 15 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri qatılıb.  Növbəti aksiyanın keçirilməsi ilə bağlı məlumat verən Sialə Rüstəmova qeyd edib ki, institutda Moleykulyar Genetik laboratoriyanın istifadəyə verilməsi gözlənilir. "Alimlərimiz fermer təsərrüfatlarında sahibkar və fermerlərlə görüşlər keçirilməsinə davam edəcək, fikir və təcrübə mübadiləsi aparılacaq, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr veriləcək" - S.Rüstəmova vurğulayıb.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: