XƏBƏRLƏR

Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirildi

26.02.2024-cü il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirildi. 

Tədbir Xocalı soyqırımında həyatını itirən həmvənətlərimizin və bütün şəhidlərimizin ruhunun 1dəqiqəlik sükütla yad edilməsi ilə başlandı və İnstitutun direktoru Sialə Rüstəmova Xocalı soyqırımının dəhşətli faktları haqqında ətraflı məlumat verdi. Daha sonra İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin  baş mütəxəssisi Nahidə Rzayeva, Təsərrüfat şöbəsinin müdiri Eldar Kosayev, Quş xəstəlikləri şöbəsinin böyük elmi işçisi Nurəddin Quliyev  erməni qəsbkarlarının Xocalıda törətdikləri vəhşilikdən danışdılar.

Sonda İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin hazırladığı video çarx nümayiş etdirildi.  Allah şəhidlərimizə rəhmət eləsin!

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: