XƏBƏRLƏR

Masallı rayonunda Aqrar Biznes Festivalı keçirilib

14 mart 2024-cü il tarixində Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Masallı “ASAN xidmət” mərkəzində Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov çıxışında bildirib ki, ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Masallıda keçirilən Aqrar Biznes Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitumuzun stendində “Atların yoluxmayan xəstəlikləri və yetişdirilməsi gigiyenası”, “İnəklərin cinsiyyət orqanlarının xəstəlikləri”, “Qoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti”, “Quşlаrın invazion хəstəlikləri”, “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”, Kənd Təsərrüfatı, ev heyvanları və quşların nematodozları adlı kitablar,  “İri buynuzlu heyvanların dırnaq (Dermetit) xəstəliyinə qarşı müalicə-profilaktika”, “İnəklərdə metrit xəstəlikləri və onların mülicə -profilaktikası”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə  tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, “Quşçuluqda infeksiyadan qorunmanın innovativ yolları”, “Arıçılığın innovativ inkişafı və arı xəstəlikləri”, “Kənd Təsərrüfatı heyvanlarında moniezioz”, “Xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri”,  “Xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə” adlı tövsiyələr, “Camışların pasterellyozuna qarşı yeni mübarizə tədbirləri” “Donuzların reproduksiya proseslərinin idarə edilməsinin biotexnoloji metodları”, adlı monoqrafiyalar, “Xırdabuynuzlu heyvanlarda babezioz”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Ev su quşlarının qanquleterakidozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında paramfistomatoz”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “İnəklərdə doğum parezi”, “Qoyunlarda endemik anemiya və onun müalicə-profilaktikası”, “İribuynuzlu heyvanlarda fransaielloz”, “Buzovların kriptosporidiozu və ona qarşı mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda dermatit və onun müalicə-profilaktikası”, “Kənd təsərrüfatı heyvanlarında avitellinoz”, “Kənd təsərrüfatı heyvanlarında dikroselioz”, “Kənd təsərrüfatı heyvanlarında fassiolyoz”, “Quduzluq təhlükəsi və onun profilaktikası” adlı bukletlər,   “Toyuq yumurtasından poliklonal anticisimlərin alınması”, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydaları”, “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikası”na dair təlimatlar və “Baramaçılığın inkişafı” adlı məlumat kitabçası nümayiş etdirilib.

Həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış “İgY melanjı” bioloji yem əlavəsinin Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, brusellyozun diaqnostikası üçün “Antigen” testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün “RozBenqal” diaqnostikumu, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti,  atların qan zərdabından hazırlanmış gön dəridə qara yara xəstəliyinin diaqnostikası üçün “Qara yara presipitəedici serum”u da nümayiş etdirilib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: