XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda yubiley tədbiri keçirilib

27 mart 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Azər Həsənovun 50 illik və Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Bağırovun 70 illik yubileyləri qeyd olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov və YAP Nizami rayon təşkilatının məsləhətçilərindən Tünzalə Əliyeva iştirak ediblər.

Tədbiri institutun direktoru Sialə Rüstəmova öz təbrik nitqi ilə açıb və yubilyarları fəxri fərmanla təltif edib.

Yusif Bağırovun elmi fəaliyyəti barədə Virusalogiya və immunologiya şöbəsinin müdiri Kubra Yusifova, Azər Həsənovun elmi fəaliyyəti barədə institutun İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Nahidə Rzayeva ətraflı məlumat verərək onları ürəkdən təbrik ediblər.

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov və YAP Nizami rayon təşkilatının məsləhətçisi Tünzalə Əliyeva yubliyarları təbrik edərək onlara xoş arzularını bildirib.

Həmçinin institutun elmi işlər üzrə direktor müavini Səhman Bayramov da yubiley münasibətilə yubliyarları ürəkdən təbrik edərək, möhkəm can sağlığı və respublikamızda aqrar sahənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə institutun digər əməkdaşları da çıxış edərək yubiliyarları təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: