XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edir

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası  sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyasını davam etdirir. 2023-cü ilin oktyabr ayından start verilən aksiya çərçivəsində növbəti tədbir keçirilib.

Aksiyanın davamı olaraq 27 aprel 2024-cü il tarixində Almaniyanın “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Rusiya, Almaniya, İspaniya, Qazaxıstan,  Özbəkistan dövlətlərindən Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq Klinikasına  8 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri dəvət olunublar. Olga Evgenevna, Arina Andreevna, Milena Azarova, Valentina Anatolevna (Rusiya),  Alevtina İlşatovna (İspaniya), Yekatirina Nikolayevna (Almaniya), Marina Kim (Qazaxıstan), Yuliya Kovalenka (Özbəkistan).

“Tierschutz Entwicklungshilife e.v” Beynəlxalq Fondu ilə birgə həyata keçirilən heyvanların sterilizasiyası üzrə xeyriyyə aksiyasına Klinikamızda fəaliyyət göstərən baytar həkimləri və Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində təhsil alan tələbələri əyani praktik təlimlərdə iştirak edirlər. 

Aksiyanın maliyyə xərcləri Bricit Bardo Fondu (Fondation Brigitte Bardot Animal Welfare Foundation) tərəfindən tam ödənilir. 

Aksiya 2-4 may 2024-cü il tarixlərində Gəncə Şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində davam etdiriləcək.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: