XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz qısırlaşdırılması və sterilizasiya aksiyası uğurla başa çatdı

27.04.2024-04.05.2024-cü il tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında  sahibsiz heyvanların ödənişsiz qısırlaşdırılması və sterilizasiya aksiyası keçirilib.

Almaniyanın “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Rusiya, Almaniya, İspaniya, Qazaxıstan,  Özbəkistan dövlətlərindən Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq Klinikasına  8 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri dəvət olunmuşdular.

Baytarlıq klinikasının peşəkar baytar həkimləri və xaricdən dəvət olunan baytar-həkim heyyəti Bakı, Sumqayıt və Gəncə şəhəri ADAU-nun baytarlıq-klinikasında ümümilikdə 460 baş sahibli və sahibsiz (it və pişik)   heyvanların qısırlaşdırılması  əməliyyatlarını uğurla başa çatdırdılar.

Aksiya  04.05.2024-cü il tarixində uğurla başa çatmışdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: