XƏBƏRLƏR

Rusiya Federasiyasının baytar həkimləri 2024-cü il mayın 27-dən iyunun 5-dək “Xeyirxah missiya” beynəlxalq proqram çərçivəsində, Baytarlıq Elmi Tədqiqat İnstitutunda heyvanların üzərində ortopedik əməliyyatları, xəstəliklərin diaqnostikası və müalicəsini müasir üsullarla Baytarlıq Klinikamızın baytar həmkimləri ilə birgə icra etdikləri missiya uğurla başa çatmışdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin Baytarlıq  Elmi-Tədqiqat İnstitutu 20 may 2023-cü il tarixində  Azərbaycanda fəaliyyət göstərən “Rus Evi”  ilə Ümumrusiya “Xeyirxah missiya” (Миссия Добро) beynəlxalq proqram çərçivəsində imzalanmış “Razılaşma memorandumuna” əsasən Rusiyanın baytarlıq elmi təşkilatları ilə əlaqələr yaradılmışdır. Dəvət olunmuş peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən missiya 05.06.2024-cü il tarixində uğurla başa çatmışdır. Eyni zamanda 04.06. 2024-cü il tarixində əlavə Rusiyanın Çelyabinski şəhərindən peşəkar baytar cərrah-ortopet Denisov Andrey Viktoroviç mürəkkəb bir əməliyyatın icrası üçün dəvət edilmişdir. 

Qeyd edilən missiya çərçivəsində Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Rusiya Federasiyasının müxtəlif təşkilatları arasında müqavilələr bağlanmışdır.  Müqavilə bağlanmış təşkilatlar aşağıda qeyd olunmuşdur:

-   B.B. Gorodovikova adına "Kalmık Dövlət Universiteti" Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı . (Rusiya Federasiyası),

-  "Rostov Baytarlıq Mərkəzi" özəl əlavə peşə təhsili təhsil müəssisəsi (Rusiya Federasiyası)

-   Federal dövlət büdcə əlavə peşə təhsili müəssisəsi daxilində "Rusiya Aqrar-Sənaye Kompleksinin İnsan Resursları Akademiyası"  (Rusiya Federasiyası)

Rusiya Federasiyasının baytar həkimlərinin  “Xeyirxah missiya” beynəlxalq proqram çərçivəsində, BETİ-nin Baytarlıq Klinikasında heyvanların üzərində ortopedik əməliyyatları, xəstəliklərinin diaqnostikası və müalicəsini müasir üsullarla həmkarlarımızla birgə  icra etdikləri missiyanın başa çatması münasibətilə 05.06. 2024-cü il tarixində İnstitutumuzun akt zalında tədbir təşkil olundu. Tədbirdə “Rus Evinin” rəhbəri İrek Zinnurov və “Nərgiz Art Studiyanın” nümayəndəsi Əyyub Quliyev iştirak etdilər. 

Rusiya Federasiyasından dəvət olunmuş baytar həkimlərə - cərrrah elmlər doktoru, professor Kontsevaya Svetlana Yurievna, cərrah ortoped Erdnenov Ulyumja Gennadieviç, cərrah onkoloq Klekovkina Daria Yurievna, anestezioloq Efimova Elina Vyaçeslavovnı “Xeyirxah missiya”-da fəal iştiraklarına görə İnstittutumuzun direktoru Sialə Rüstəmova və “Rus Evinin” rəhbəri İrek Zinnurov tərəflərindən təşəkkürnamələr və milli hədiyyələr təqdim edildi. 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: