XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Samux rayonunda Aqrar Biznes və Ərik Festivalı Festivalı keçirilib

08.06 2024-cü il tarixində Aqrar Biznes Festivalı ilə yanaşı, Samuxda Aqrar İnnovasiya Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Ərik Festivalı” da keçirilib. Festivalda fermerlərin yetişdirdikləri ərik məhsullarının (meyvə, meyvə qurusu, meyvə şirəsi, kompot) sərgilənib. Bununla yanaşı, festivalda milli mətbəx təamları, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər nümayiş olunub. Qonaqlar stendləri ziyarət edib, şirkətlərin və istehsalçıların təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Festivalın sərgi bölməsində COP29 tədbirinin təşviqatı məqsədilə təbiətqoruyucu texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Tədbirdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verilib.

Samuxda keçirilən Aqrar Biznes Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitumuzun stendində “Atların yoluxmayan xəstəlikləri və yetişdirilməsi gigiyenası”, “İnəklərin cinsiyyət orqanlarının xəstəlikləri”, “Qoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti”, “Quşlаrın invazion хəstəlikləri”, “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”, Kənd Təsərrüfatı, ev heyvanları və quşların nematodozları adlı kitablar,  “İri buynuzlu heyvanların dırnaq (Dermetit) xəstəliyinə qarşı müalicə-profilaktika”, “İnəklərdə metrit xəstəlikləri və onların mülicə -profilaktikası”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə  tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, “Quşçuluqda infeksiyadan qorunmanın innovativ yolları”, “Arıçılığın innovativ inkişafı və arı xəstəlikləri”, “Kənd Təsərrüfatı heyvanlarında moniezioz”, “Xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri”,  “Xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə” adlı tövsiyələr, “Camışların pasterellyozuna qarşı yeni mübarizə tədbirləri” “Donuzların reproduksiya proseslərinin idarə edilməsinin biotexnoloji metodları”, adlı monoqrafiyalar, “Xırdabuynuzlu heyvanlarda babezioz”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Ev su quşlarının qanquleterakidozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında paramfistomatoz”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “İnəklərdə doğum parezi”, “Qoyunlarda endemik anemiya və onun müalicə-profilaktikası”, “İribuynuzlu heyvanlarda fransaielloz”, “Buzovların kriptosporidiozu və ona qarşı mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda dermatit və onun müalicə-profilaktikası”, “Kənd təsərrüfatı heyvanlarında avitellinoz”, “Kənd təsərrüfatı heyvanlarında dikroselioz”, “Kənd təsərrüfatı heyvanlarında fassiolyoz”, “Quduzluq təhlükəsi və onun profilaktikası” adlı bukletlər,   “Toyuq yumurtasından poliklonal anticisimlərin alınması”, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydaları”, “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikası”na dair təlimatlar və “Baramaçılığın inkişafı” adlı məlumat kitabçası nümayiş etdirilib.

Həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış “İgY melanjı” bioloji yem əlavəsinin Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, brusellyozun diaqnostikası üçün “Antigen” testinin istehsalı,  Brusellyozun diaqnostikası üçün “RozBenqal” diaqnostikumu, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti,  atların qan zərdabından hazırlanmış gön dəridə qara yara xəstəliyinin diaqnostikası üçün “Qara yara presipitəedici serum”u da nümayiş etdirilib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: