Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Masallı və Neftçala rayonlarında keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin qurumları, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin birgə tərəfdaşlığı ilə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında və Neftçala rayonu Hüseyn Cavid parkında keçirilən toxum sərgi-satış yarmarkasında bu sahə ilə məşğul olan özəl toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Masallı rayonunda Toxum sərgi-satış yarmarkası çərçivəsində “Respublika Toxumçularının II Forumu” keçirilib. Forumda Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, "Azərbaycan Toxumçular Assosiasiyası” eləcə də “Agro Dairy”, Azərsun” və “Region Agro” şirkətlərinin mütəxəssisləri çıxış ediblər.
Qeyd edək ki, Neftçala rayonunda keçirilən Aqrar Biznes Festivalında “Şirvan-Salyan iqtisadi rayonunun aqrar potensialının inkişaf perspektivləri”nə dair panel müzakirə keçirilib. Panel zamanı rayonun əsas prioritet sahələrindən olan balıqçılıq, eləcə də toxumçuluq və kənd təsərrüfatının müxtəlif sahələri üzrə mövzulara toxunulub. Kənd Təsərürfatı Nazirliyinin tabeli qurumlarından Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri çıxış ediblər və regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun stendində “Atların yoluxmayan xəstəlikləri və yetişdirilməsi gigiyenası”, “İnəklərin cinsiyyət orqanlarının xəstəlikləri”, “Qoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti”, “Quşlаrın invazion хəstəlikləri”, “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti” adlı kitablar, “İri buynuzlu heyvanların dırnaq (Dermetit) xəstəliyinə qarşı müalicə-profilaktika”, “İnəklərdə metrit xəstəlikləri və onların mülicə -profilaktikası”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, “Quşçuluqda infeksiyadan qorunmanın innovativ yolları”, “Arıçılığın innovativ inkişafı və arı xəstəlikləri”, “Kənd Təsərrüfatı heyvanlarında moniezioz”, “Xırdabuynuzluların babeziozuna qarşı innovativ mübarizə tədbirləri”, “Xırdabuynuzlularda dikroselioza qarşı innovativ müalicə” adlı tövsiyələr, “Camışların pasterellyozuna qarşı yeni mübarizə tədbirləri” “Donuzların reproduksiya proseslərinin idarə edilməsinin biotexnoloji metodları”, adlı monoqrafiyalar, “Xırdabuynuzlu heyvanlarda babezioz”, “Hind toyuqlarının askaridiozuna qarşı mübarizə tədbirləri”, “Ev su quşlarının qanquleterakidozuna qarşı mübarizə tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında paramfistomatoz”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “İnəklərdə doğum parezi”, “Qoyunlarda endemik anemiya və onun müalicə-profilaktikası”, “İribuynuzlu heyvanlarda fransaielloz”, “Buzovların kriptosporidiozu və ona qarşı mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda dermatit və onun müalicə-profilaktikası”, “Kənd təsərrüfatı heyvanlarında avitellinoz”, “Kənd təsərrüfatı heyvanlarında dikroselioz”, “Kənd təsərrüfatı heyvanlarında fassiolyoz”, “Quduzluq təhlükəsi və onun profilaktikası” adlı bukletlər, “Toyuq yumurtasından poliklonal anticisimlərin alınması”, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydaları”, “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikası”na dair təlimatlar və “Baramaçılığın inkişafı” adlı məlumat kitabçası nümayiş etdirilib.
Həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyini iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitə edici serum nümayiş etdirilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə 8 rayonda toxum sərgi-satış yarmarkası keçirilib. Növbəti toxum sərgi-satış yarmarkalarının Balakən, Qax, Cəlilabad, Beyləqan və Şabran rayonlarında da keçirilməsi nəzərdə tutulur.