XƏBƏRLƏR

Baytarlıq Elmi -Tədqiqat İnstitutunda mövzu planına uyğun olaraq 2025-ci ildə yerinə yetirilmiş illik elmi hesabatların təqdimatı olmuşdur.

26 dekabr 2025-ci il tarixində Baytarlıq Elmi -Tədqiqat İnstitutunda mövzu planına uyğun olaraq 2025-ci ildə yerinə yetirilmiş illik elmi hesabatların təqdimatı olmuşdur. Təqdimatlar icra qrafikinə uyğun olaraq aşağıdakı ardıcılıqla verilmişdir:  Parazitologiya şöbəsi,Baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri şöbəsi,  Balıq və arı xəstəlikləri şöbəsi,    Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi şöbəsi, Virusologiya və immunologiya şöbəsi, Quş xəstəlikləri şöbəsi,  Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsi, İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsi.

Həmçinin İnstitutun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova çıxış edərək 2025-ci ildə görülmüş işlərə dair ətraflı məlumat vermiş, əldə olunan nəticələri və qarşıda duran prioritet istiqamətləri qeyd etmişdir. O, eyni zamanda 2026-cı ildə İnstitutun qarşısında duran əsas vəzifələr, planlaşdırılan elmi-tədqiqat işləri və perspektiv hədəflər barədə iştirakçıları məlumatlandırmışdır.

İclasın sonunda Baytarlıq klinikası və heyvanların infeksion xəstəlikləri şöbəsinin böyük elmi işçisi Səfərova Səadət yubileyi münasibətilə təbrik olunmuş, ona gələcək fəaliyyətində uğurlar arzulanmışdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: