XƏBƏRLƏR

Şəhidlərimizi ehtiramla anırıq!

zərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından 4 il ötür. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız şəhidlərimizin, əsgərlərimizin, zabitlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına başa gəldi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid oldu. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsi uca tutulur.

Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edirik. Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi daim qəlblərimizdə yaşayır və yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: