XƏBƏRLƏR

Emal Sənaye üzrə Bakı Peşə Təhsil Mərkəzinin “Mikrobioloq-laborant” ixtisasının tələbələri BETİ-nun “Quş xəstəlikləri” şöbəsinin laboratoriyasında növbəti istehsalat təcrübəsində oldular.

Şöbənin əməkdaşı-böyük elmi işçisi, Avrasiya Patent müəllifi Nurəddin Quliyev laboratoriyada aparılan elmi təcrübələrlə tələbələri məlumatlandırdı. O şöbədə icra olunan mövzu, görülən işlər və s. barədə tələbələrə məlumat verdi. Xəstəliklərin metodikaya uyğun olaraq diaqnostikasının düzgün aparılması, habelə müalicə və profilaktika tədbirlərinin icrası məsələləri ilə tanış etdi.
Tələbələrin istər quş, istərsə də heyvan xəstəlikləri barədə verdikləri çoxsaylı suallara ətraflı cavab verildi. Tələbələrə S.İ.Rüstəmova, A.R.Əsgərov, N.Q.Quliyev, Ü.R.Səmədovanın müəllifləri olduqları “Ailə təsərrüfatlarında quşların bəslənməsi” adlı tövsiyə və bir neçə quş xəstəliklərinə aid bukletlər hədiyyə olundu.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: