XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin “Təbiət elmləri

19 may 2025-ci il tarixində Qərbi Kaspi Universitetinin “Təbiət elmləri" kafedrasının tələbələri Baytarlıq Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübəsində oldular. İnstitutunun həkim parazitooloqu bio.ü.f.d. dosent Afət Süleymanova tələbələrə Respublika üzrə müxtəlif regionlarda yerləşən əmtəə-göl balıqçılıq təsərrüfatlarında yetişdirilən balıqlarda təsadüf edilən xəstəliklər haqqında geniş məlumat verdi. İnstitut tərəfindən mütəmadi olaraq təsərrüfatlarda epizootik durumun nəzarətdə saxlandığı haqda məruzə etdi. Xəstəliklər baş verən zaman ümumi baytarlıq sanitariya tədbirlərinin həyata keçirilməsi və müalicə profilaktika işlərinin aparılması qaydaları haqda tövsiyələr verdi. Hal-hazırda göl-balıqçılıq təsərrüfatlarında epizootoloji durum qənaətbəxşdir. 

Afət Süleymanova “Balıq xəstəlikləri laboratoriyasında” uzun illər saxlanan patoloji materialları, müxtəlif növ balıqları, fiksə olunmuş helmint növlərinin nümunələrini nümayiş etdirdi.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: