XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçirilir

Sentyabrın 15-dən Lənkəran Dövlət Universitetinin (LDU) “Baytarlıq” fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V kurs tələbələrinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki - təcrübə dərsləri keçirlir.

İlkin təcrübəyə tələbələr institutun "Quş xəstəlikləri” şöbəsi laboratoriyasından başlayıblar. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, kliniki-istehsalat təcrübəsinin rəhbəri, aqrar.e.ü.f.d. Mirzəmməd Həsənov tələbələrə innovativ texnologiyaların tətbiqi olaraq fitobiotik təsirli bitkilərin müxtəlif infeksion xəstəliklərinə qarşı müalicə-profilaktika üsulları, quşlarda kliniki müayinələr, patanatomik yarmanın aparılmasına dair elmi-praktiki təcrübə dərsləri keçir, praktik məşğələlər aparır.       

LDU-nun V kurs tələbələrinin  institutun Arı və balıq xəstəlikləri, Baytarlıq Klinikası və heyvanların infeksion xəstəlikləri, Yoluxmayan daxili xəstəliklər, Parazitologiya, Virusologiya və Baytarlıq preparatlarının istehsalının təşkili  və  tətbiqi şöbələrində 2025-2026-cı tədris planına uyğun olaraq kliniki-təcrübə dərslərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədris planına əsasən 15 sentyabr tarixindən başlanan təcrübə 15 həftə davam etdiriləcəkdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: