XƏBƏRLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçirilir

Lənkəran Dövlət Universitetinin (LDU) “Baytarlıq” fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V kurs tələbələri Baytarlıq Elmi-Tədqiqat İnstitutunda və institutun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında kliniki - təcrübə dərslərini davam etdirirlər.

LDU-nun V kurs tələbələrinə hal-hazırda  institutun Baytarlıq Klinikası və heyvanların infeksion yoluxucu xəstəlikləri şöbəsində şöbənin elmi əməkdaşları tərəfindən laboratoriyaların iş prinsipi və ordakı avadanlıqların iş mexanizmləri izah edilir və eyni zamanda tələbələrə innovativ texnologiyaların tətbiqi olaraq şöbədə bakterioloji, seroloji müayinə üsulları, qram üsulu ilə boyama və patoloji materialın düzgün götürülməsinin əhəmiyyətinə dair klinik-təcrübə dərsiləri keçirilir.

Qeyd edək ki, tədris planına əsasən 15 sentyabr tarixindən başlanan kliniki-təcrübə dərsləri 15 həftə nəzərdə tutulur.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: