XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovanın 60 illik yubileyi qeyd olunub

8 oktyabr 2025-ci il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Kənd Təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Emin Əliyev, Aqrar, Ekologiya və Su Təchizatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavinləri Fuad Məmmədov və Telman Quliyev, şöbə müdirinin müavini Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndəsi Tünzalə Əliyeva, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu, eləcə də yubilyarın ailə üzvləri və institut əməkdaşları iştirak ediblər.
Tədbiri institutun elmi katibi Sevinc Məmmədova açaraq Sialə Rüstəmovanın elmi və təşkilati fəaliyyətinə dair geniş məlumat verib. Daha sonra Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək yubilyarı təbrik edib, onun aqrar elmin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və nazirin təşəkkürnaməsini təqdim edib.
Aqrar, Ekologiya və Su Təchizatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və digər çıxışçılar da Sialə Rüstəmovanın elmi və rəhbərlik fəaliyyətini yüksək qiymətləndirərək ona gələcək işlərində uğurlar arzulayıblar.
Daha sonra institutun direktor müavinləri Səhman Bayramov, İltifat Hacıyev, şöbə müdiri Afət Süleymanova, aparıcı elmi işçi Niyazi Nəcəfov, baş mütəxəssis Nahidə Rzayeva və digər əməkdaşlar çıxış edərək direktoru təbrik edib, ona səmimi arzularını bildiriblər.
Sonda çıxış edən Sialə Rüstəmova göstərilən diqqət və qayğıya, həmçinin təşkil olunan yubiley tədbirinə görə Kənd Təsərrüfatı Nazirliyinə və institut kollektivinə minnətdarlığını bildirib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: