XƏBƏRLƏR

Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Daha sonra 2025-ci ildə yüksək nəticə göstərmiş fermerlərə, aqrar sahədə uzunmüddətli fəaliyyətinə görə Nazirliyin əməkdaşlarına, həmçinin Nazirliyin tabeliyində olan elmi-tədqiqat institutlarının elmi işçilərinə təşəkkürnamələr təqdim olunmuşdur.
Bu tədbirdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq Klinikası və Heyvanların İnfeksion Xəstəlikləri şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mustafayeva Nahidə Abduləli qızı da iştirak etmiş və ona Kənd Təsərrüfatı naziri tərəfindən təşəkkürnamə təqdim edilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: